Mədəniyyət

Solmaz Musayeva: "Bundan artıq uzun ömür istəmirəm"

27 Aprel 2016 21:56
1 Şərh     Baxış: 2 474

Azərbaycanın ilk qadın kukla rəssamı, əməkdar rəssam Solmaz Musayeva bu günlərdə 89 yaşına qədəm qoyub. Qocaman rəssam Milli.Az-ın əməkdaşı ilə söhbətləşib.

"Ad günümlə bağlı gələn telefon zənglərinə cavab verməkdən yoruldum. İstər teatrın kollektivi, istərsə də sənət yoldaşlarım bu günümə gün qatdılar. Hamısı da mənə uzun ömür, cansağlığı arzu edirdilər. Bundan artıq uzun ömür istəmirəm. Qocalıq adamı çox yorur, insan çox əldən düşür. Əmim xalq yazıçısı Qılman İlkin 100 yaşında dünyasını dəyişdi. Sənətimi hələ də çox sevirəm. Həyatda heç bir kəsi sənətim qədər sevməmişəm. Ona görə də Allah mənə bu xoş günləri yaşadıb. Kuklalarım dünyanın dörd bir yerindəki muzeylərdə, şəxsi kolleksiyalarda qorunur. Bu sənəti seçməklə yanaşı, sevmək də çox vacibdir. İncəsənət insandan səbir və dözüm istəyir. Gənclərə yalnız səbirli olmağı arzu edirəm", - deyə rəssam bildirib.

Qeyd edək ki, 1987-ci ildən fərdi yaradıcılıqla məşğul olan əməkdar rəssamın yaratdığı 4 mindən artıq milli etnoqrafik kukla nəinki respublikamızın, xarici ölkələrin məşhur muzeylərində, həmçinin şəxsi kolleksiyalarda da saxlanır. Teatr rəssamlığı ilə yanaşı, Solmaz Musayeva təsviri sənətin digər sahələrində də öz qabiliyyət və istedadını nümayiş etdirib. O, 6 cizgi filminə quruluş verib ki, onlardan "İlham" Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq festivalda I dərəcəli diploma, "Göyçək Fatma" isə Gürcüstan Rəssamlar İttifaqının mükafatına layiq görülüb.

Əli Rəhimoğlu

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Arzu Enver qizi · 27 Aprel 2016 22:4800

    Omur payini veren Allahdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.