Mədəniyyət

Azərbaycanlı bəstəkar Beynəlxalq Motsart Müsabiqəsinin münsifi olub - FOTO

22 Fevral 2011 17:42
Baxış: 504
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan mlumata görə, Zalsburqun "Mozarteum" konsert salonunda təşkil olunan və dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən müsabiqədə dünyanın müxtəlif ölkələrindən 32 yaşadək olan gənc musiqiçilər 4 kateqoriyada - violonçel, skripka, piano və bəstəkarlıq kateqoriyalarında  məharətlərini göstəriblər. Mötəbər musiqi yarışmasında professor F. Əlizadə həm gənc pianoçuların, həm də bəstəkarların istedad və bacarıqlarını qiymətləndirən beynəlxalq münsiflər heyətində təmsil olunub. "Mozarteum" Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində  Pavel Qililov, Pol Qulda, Robert Levin, Can Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri yer alıblar.  Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz Əlizadə müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib.

Beynəlxalq müsabiqədə müşahidə olunan sevindirici məqamlardan biri də müasir musiqinin görkəmli nümayəndəsi kimi Arnold Şonberq, Anton Vebern, İqor Stravinski, Sergey Prokofyevlə yanaşı Firəngiz Əlizadənin də əsərinin skrikaçıların yarışmasında proqrama salınması olub. Bu kateqoriyada yarışanlar ikinci turda onun "Dastan" əsərini ifa ediblər.

Xədicə
Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.