Mədəniyyət

"Qız atası": "Dur sürüş burdan!" - VİDEO

18 Sentyabr 2015 21:00
13 Şərh     Baxış: 10 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış simaların yer aldığı "Qız atası" serialı artıq ikinci mövsümünə start verib. 

Komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid  Ağayev, Elnur Hüseynov Tərlan Nur Yaşardır. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, Quruluşçu rejissoru isə Ramin Hacıyevdir.

Dörd qızını ərə verən Vidadi (Teymur Məmmədov) Və Nəzakət (Mətanət Əliverdiyevanın) hər həftə başına gələn maraqlı, gülməli və qeyri-adi vəziyyətləri görmək istəyirsinizsə, onda hər həftənin şənbə günü ATV-nin efirində, saat 21:30-da nümayiş olunan "Qız atası" serialına baxmağı unutmayın.

Qeyd edək ki, adlarıçəkilən aktyorlardan əlavə serialda bir çox tanınmış aparıcılar, Nərgiz Məmmədova, Xəyalə Quliyeva, Ülviyyə Xəlilbəyli, aktyorlar Tərlan Nur-Yaşar, Əkbər Əlizadə, Azər Axşam və müğənni Coşqun Viləş də rol alıblar.

Serialın ssenaristlərindən biri olan Samid Ağayev Milli.Az-a açıqlamasında bildirib ki, bu yay, demək olar, dincəlməyiblər: "Yayda 3 serial üzərində işlədik. "Qız atası", "Qardaşlar" və "Eks bacanaqlar". Biz komanda şəklində fəaliyyət göstəririk. Ölkədə bəlkə də ən uzunömürlü komandayıq. Bu komanda bu il yeni mövsümdə sizin qarşısınıza 3 serialla çıxır. Bu 3 serialın ssenari müəllifləri Ənvər Abbasov, Elnur Hüseynov və  Tərlan Nur Yaşardır və mən Samid  Ağayevdir. Biz elə komandayıq ki, istənilən işə girib oradan reytinq əldə edə bilirik. Ailədən artığıq. Bu 3 serialdan mənə daha doğması "Qız atası"dır. Onu yazanda daha rahat oluram. Sizə bir sirr verim ki, "Qardaşlar" serialı bütün seriallardan daha reytinqli olacaq. Mən buna inanıram. Elməddin Cəfərovun və Ramin Hacıyevin böyük rolu var komandada. Çoxları bizi və bizim yazdığımız zarafatları bəyənmir. Bizim seriallarda oynayan aktyorları qaçırtmaq və ya öz komandalarına cəlb etmək üçün əlindən gələni edir. Əgər bizim zarafatlarımız duzsuz olsaydı, bu qədər reytinli olmazdı işlərimiz. Pislik elə pisə qalır".

Qeyd edək ki, "Qız atası" serialının informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Serialın anonsunu təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.