Ölkə

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı var? – AÇIQLAMA

6 İyun 2025 12:10
Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən və bu gün Şamaxıda baş verən zəlzələlər, xırda təkanların olması enerji boşalmasıdır.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Azərbaycanda seysmogen bölgələrdə katastrofik zəlzələ ehtimalı yoxdur.

"Hiss olunan aşağı maqnitudalı zəlzələlər olacaq. Qorxulu bir şey olmamalıdır. Gedən enerji boşalması hesabına növbəti dağıdıcı zəlzələ ehtimalı ola bilməz. Əgər proses dayansa, enerji toplansa və daha sonra birdən-birə zəlzələ baş versə, bu daha qorxulu olar. Orada təkanlar davam edir və xırda-xırda enerji boşalması baş verir. Xırda təkanlar hər zaman olur, hiss olunanı da ola bilər ki, bu da qorxulu deyil", - baş direktor vurğulayıb.

Q.Yetirmişli əlavə edib ki, zəlzələrlə bağlı təşvişə düşməyə ehtiyac yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.