Mədəniyyət

PARK CINEMA IMAX biletlərinin qiymətini endirir! - FOTO

4 İyun 2015 10:13
Baxış: 2 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın ən iri nüfuzlu kinoteatrlar şəbəkəsi rəhbərliyindən kinomanlara xoş xəbər - Park Cinema | Flame Towers-də MOVIE DAY və IMAX DAY elan olunur. Hər həftənin ikinci günü ilk seansdan sonuncuyadək həm standart, həm də İMAX formatında nümayiş edilən filmlərə biletlərin qiymətləri müəyyən qədər enəcək. 

Beləliklə, Park Cinema | Flame Towers-də standart zallarda 2D və 3D filmlərə qiymətlər seansın vaxtından asılı olmayaraq müvafiq olaraq 3.30 AZN və 4.30 AZN təşkil edəcək. İMAX (və İMAX 3D) formatında olan blokbasterlərə baxmağa üstünlük verən tamaşaçılara isə qiymətlər 8 AZN (2D) və 10 AZN (3D) təşkil edəcək. 

İMAX günü daha çox tamaşaçıya bu əfsanəvi formatın təsvirinin möhtəşəm keyfiyyətini, səsini və 3D effektini qiymətləndirməyə imkan yaradacaq.
Xatırladırıq ki, Flame Towers-də standart zallar dünyanın ən qabaqcıl texnologiyalarından biri olan Masterİmage-in  daha keyfiyyətli istifadəsinə imkan yaradan gümüş örtüklü çökük ekranlarla təchiz olunublar.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.