Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.
Milli.Az xəbər verir ki, bu ölkəyə 8 vaqon dizel yanacağı göndəriləcək.
Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə tədarük olunacaq.
Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.
Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto - 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.
Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.
Aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.
Aprelin 21-i Azərbaycandan Ermənistana 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar göndərilib.
Aprelin 24-də isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 5 vaqondan ibarət taxılın ümumi çəkisi 350 ton olan taxıl göndərilib.
Aprelin 30-u Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə göndərilib.
Mayın 3-ü Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə göndərilib.
Mayın 4-ü Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə göndərilib.
Mayın 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıl yola salınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Heydər Əliyev adına Liseydə “Zamana sığmayan ömür” adlı tədbir keçirilib - FOTO
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
XƏBƏR LENTİ
-
Tayvanda hantavirusa ilk yoluxma qeydə alındı
-
Mirzoyan və Okampo: Ermənistan XİN başçısının anti-Azərbaycan kampaniyasının əsas koordinatoru ilə gizli əlaqələri
-
Heydər Əliyev adına Liseydə “Zamana sığmayan ömür” adlı tədbir keçirilib - FOTO
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA





