Heydər Əliyev adına Liseydə “Zamana sığmayan ömür” adlı tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev adına Liseydə Ümummilli Liderin 103 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Milli.Az xəbər verir ki, "Zamana sığmayan ömür" adlı tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova Ulu Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan xalqının və gəncliyinin taleyində oynadığı müstəsna roldan danışıb. O qeyd edib ki, lisey ömrünün hər anını xalqına və dövlətinə həsr edən Ulu Öndər Heydər Əliyevin adını qürurla daşıyır:
"Bu gün ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, əldə olunan nailiyyətlər məhz onun uzaqgörən siyasətinin və strateji addımlarının nəticəsidir. Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişafı və dünyada layiqli yer tutması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətin bəhrəsidir.
Ulu Öndər Heydər Əliyev heç nədən qorxmadan, çəkinmədən, özünün və ailəsinin təhlükəsizliyini düşünmədən xalqının gələcəyi naminə mübarizə aparıb. Xarici qüvvələrin təzyiqlərinə baxmayaraq, daim Azərbaycanın milli maraqlarını qoruyub və dövlətimizin müstəqilliyini möhkəmləndirib.
Bu gün isə onun siyasi kursu layiqincə davam etdirilir. Müzəffər Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin şücaəti sayəsində xalqımız şanlı Zəfər tarixini yazdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımız illər sonra böyük qürur hissini yaşadı".
Sevinc Orucova, həmçinin şagirdlərin uğurlarından, qazanılan nailiyyətlərdən də bəhs edib. O bildirib ki, Heydər Əliyev adına Lisey həm rayon, həm də Bakı məktəbləri arasında həmişə fərqlənib, seçilib:
"Liseyin təməli 2004-cü ildə qoyulub. Hazırda liseydə 1147 şagird təhsil alır. Təhsil ocağımız hər il əldə etdiyi uğurlarla həm rayon, həm də Bakı məktəbləri arasında seçilir. Buraxılış və qəbul imtahanlarında lisey davamlı olaraq 98-100 faizlik nəticə göstərir. Şagirdlərimiz beynəlxalq müsabiqələrdə, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən hər il təşkil olunan fənn olimpiadalarında qazandıqları nailiyyətlərlə fərqlənirlər. Dünən Elm və Təhsil Nazirliyinin Heydər Əliyevin anadan olmasının ildönümünə həsr etdiyi "Ən yaxşı təqdimat" müsabiqəsində birinci yerə layiq görülən altı şagirddən biri də məhz liseyimizin şagirdi Zəhra Cabbarlı olub.
Bu ilin buraxılış imtahanlarında da şagirdlərimiz yüksək nəticələr əldə ediblər. 11-ci siniflər üzrə ən yüksək nəticə 297, 9-cu siniflər üzrə isə 283 bal olub".
Direktorun çıxışından sonra səhnə məktəblilərə verilib. Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar, rəqslər və ona həsr olunmuş şeirlər məktəblilərin təqdimatında kompozisiya şəklində nümayiş etdirilib. Şagirdlər böyük həvəslə və sevgi ilə Ulu Öndər Heydər Əliyevə, Azərbaycana və Böyük Zəfərə həsr olunmuş çıxışlar edib, onun aforizmlərini səsləndiriblər.
Kompozisiyalardan sonra söz Xətai Rayon İcra Hakimiyyəti nümayəndəsi Pənah İmanova verilib. O, çıxışında liseyin tarixindən, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu günkü gəncliyin həyatındakı rolundan danışıb. Bildirib ki, tədbirdə uşaqların qəlbindəki sevgi, məhəbbət və Ulu Öndərə olan bağlılıq bariz şəkildə özünü göstərib:
"Vətənə, torpağa və milli liderə olan sevgi məhz belə olur. Biz Ulu Öndər Heydər Əliyevin göstərdiyi yolla irəliləmiş, onun ideologiyası əsasında inkişaf etmişik. Bu gün artıq böyük Zəfərimizin təntənə ilə yaşandığı altıncı ildir. Bu qələbə xalqımızın birliyinin, gücünün və milli ruhunun təcəssümüdür.
Liseyimiz 2004-cü ildə tikilərək istifadəyə verilib. Fəaliyyət göstərdiyi ilk gündən bu günə qədər öz ənənələrini qoruyub saxlayıb, təhsil və tərbiyə sahəsində yüksək nailiyyətlər əldə edib. Hazırda Xətai rayonunun təhsil müəssisələri arasında qabaqcıl mövqedə dayanır və uğurları ilə seçilir.
Bu təhsil ocağı Ulu Öndər Heydər Əliyevin ideologiyasına uyğun şəkildə fəaliyyət göstərən, milli-mənəvi dəyərləri şagirdlərə aşılayan nümunəvi bir təhsil müəssisəsidir. Burada yetişən gənclər vətənpərvər ruhda formalaşır, dövlətinə və xalqına bağlı vətəndaş kimi böyüyürlər".
Tədbirin sonunda liseyin direktoru Sevinc Orucova qeyd edib ki, bu yol və ideologiya vətənə bağlılığın, milli birliyin və dövlətə xidmətin ən böyük nümunəsidir və Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?
-
Vado Korovinin qızı işdən çıxarıldı
-
Heydər Əliyev adına Liseydə “Zamana sığmayan ömür” adlı tədbir keçirilib - FOTO
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
XƏBƏR LENTİ
-
Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?
-
UFC böyük Fight Night turniri ilə yenidən Bakıda
-
Vado Korovinin qızı işdən çıxarıldı
-
Valverde və Çuameni ilə bağlı qərar verildi
-
Tayvanda hantavirusdan ilk ölüm halı qeydə alındı
-
Mirzoyan və Okampo: Ermənistan XİN başçısının anti-Azərbaycan kampaniyasının əsas koordinatoru ilə gizli əlaqələri
-
Heydər Əliyev adına Liseydə “Zamana sığmayan ömür” adlı tədbir keçirilib - FOTO
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ





