Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın gənc və istedadlı pianoçularından biri olan Cəmil Sədizadə növbəti dəfə sənətsevərlərlə görüşə hazırlaşır. Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı olan ifaçı "Renessans" adlı solo fortepiano konsert proqramı ilə tamaşaçı qarşısına çıxacaq. Musiqi gecəsi 30 may tarixində Beynəlxalq Muğam Mərkəzi səhnəsində baş tutacaq.
Gənc yaşına baxmayaraq artıq beynəlxalq musiqi mühitində diqqət çəkməyi bacaran Cəmil Sədizadə dünyanın ən nüfuzlu ali musiqi təhsil ocaqlarından biri olan Manhattan School of Music fortepiano fakültəsinə qəbul olunan dünya üzrə 20 seçilmiş musiqiçidən biri kimi böyük uğura imza atıb. Bu nailiyyət onun peşəkar ifaçılıq bacarığının və musiqiyə olan dərin bağlılığının göstəricisi hesab olunur.
"Renessans" adlı konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək. Klassik musiqinin incə çalarlarını müasir interpretasiya ilə təqdim etməyi sevən pianoçu dinləyicilərə həm emosional, həm də yüksək sənətkarlıq nümunəsi vəd edir. Proqramın əsas ideyası musiqidə yenilənmə, daxili dirçəliş və mənəvi yüksəliş fəlsəfəsini əks etdirməkdir.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı dünya klassiklərinin fortepiano yaradıcılığından seçilmiş nümunələr də yer alacaq. İfaçının fərdi üslubu, texniki ustalığı və səhnə enerjisinin gecəyə xüsusi rəng qatacağı gözlənilir.
Musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan tədbirin gənc istedadların tanıdılması və klassik musiqinin təbliği baxımından əhəmiyyətli mədəni hadisələrdən biri olacağı bildirilir. "Renessans" konserti həm klassik musiqi həvəskarları, həm də gənc ifaçıların yaradıcılığı ilə maraqlanan sənətsevərlər üçün unudulmaz axşam vəd edir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Bakıda yalnız bir dəfə - dünyaca məşhur tango orkestri La Argenta Ensamble-nin konserti keçiriləcək - (Video/Foto)
-
Akademik Musiqili Teatrda tanınmış rejissor Əsgər Əsgərovun 65 illiyi qeyd olunub - (Foto/Video)
-
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası keçirildi - FOTO
-
“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı Bakıda uğurla başa çatdı - FOTO
-
Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)
XƏBƏR LENTİ
-
Sözləri "silah" kimi istifadə edən 3 bürc
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib





