Dünya

Tayvanda hantavirusdan ilk ölüm halı qeydə alındı

8 May 2026 19:35
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tayvanın paytaxtı Taypeydə hantavirusa yoluxma nəticəsində ölüm halı baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, şəhərdə genişmiqyaslı sanitar təmizləmə və dezinfeksiya işlərinə başlanılıb.

Qeyd edək ki, hantavirusla bağlı narahatlıqlar son günlərdə qlobal miqyasda artıb. Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə doğru hərəkət edən Niderlandın "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını açıqlayıb. Gəmidə 9 nəfərin virusa yoluxduğu, onlardan 3-nün vəfat etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, hantaviruslar insanlarda böyrək sindromlu hemorragik qızdırma və hantavirus kardiopulmoner sindromuna səbəb olan təhlükəli patogenlər qrupudur. İnfeksiyanın əsas daşıyıcıları gəmiricilərdir (siçan, siçovul və s.). İnsanlar virusa heyvanların tüpürcəyi və ifrazatları ilə çirklənmiş toz hissəciklərini tənəffüs etməklə yoluxurlar. Xüsusilə qapalı və pis havalandırılan məkanlarda yoluxma riski daha yüksəkdir.

Xatırladaq ki, bir müddət əvvəl mütəxəssislər hantavirusun əsas simptomlarını açıqlayaraq əhalini ehtiyatlı olmağa çağırmışdılar.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.