Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtda Türkiyə-Azərbaycan Kulinariya Forumu keçirilib. Tədbir Badamdar Hotel & Residences məkanında baş tutub və iki ölkənin qastronomiya sahəsinin aparıcı nümayəndələrini bir araya gətirərək peşəkar dialoq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.
Forumun təşkilatçıları İlkin Əkbərzadə rəhbərlik etdiyi Bakı Kulinariya Assosiasiyası və Anadolu Profesyonel Aşçılar Derneği(prezidenti Hüseyin Şipal olub.
Forum 1 may tarixində start götürmüş genişmiqyaslı peşəkar proqramın yekunu kimi təşkil edilib. Səfər çərçivəsində Türkiyədən gələn aşpaz heyəti Kürdəmir bölgəsinə səfər edərək aran mətbəxinin xüsusiyyətləri ilə tanış olub, həmçinin Assosiasiyaya üzv olan bir sıra restoranlarda olub. Qonaqlara milli mətbəxin əsas nümunələri - müxtəlif növ plovlar, dolmalar, kabablar və ənənəvi desertlər təqdim edilib.
Forum çərçivəsində Türkiyə və Azərbaycanın autentik yeməklərinin təqdimatı, peşəkar şef-aşpazların iştirakı ilə ustad dərsləri, ənənəvi reseptlərin və onların müasir interpretasiyalarının nümayişi keçirilib. Türkiyəli şeflər milli yemək və şirniyyatları təqdim edib, Azərbaycan tərəfi isə Qarabağ mətbəxinin xüsusiyyətlərini və regional kulinariya müxtəlifliyini nümayiş etdirib.
Tədbirdə həmçinin HoReCa sektorunda fəaliyyət göstərən yerli şirkətlər iştirak edib. Forum aşpazlar və məhsul təchizatçıları arasında əməkdaşlıq üçün səmərəli platformaya çevrilib və tərəfdaş şirkətlərin məhsullarından ustad dərslərində istifadə olunub.
Fəxri qonaqlar sırasında Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Yunus Emre Institute rəhbərliyi, TRT 1 kanalının nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, Hatay bölgəsinin icra hakimiyyəti nümayəndə heyəti, tanınmış şeflər və qastronomiya ictimaiyyətinin üzvləri yer alıb.
Forum çərçivəsində Bakı Kulinariya Assosiasiyasına yeni qoşulan üzvlərə sertifikatlar təqdim olunub. Bu, peşəkar icmanın genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilib.
Forumun keçirilməsi qastronomik diplomatiyanın inkişafına, mədəni əlaqələrin möhkəmlənməsinə və iki ölkə arasında peşəkar əməkdaşlığın genişlənməsinə töhfə verib. Tədbir milli mətbəxlərin beynəlxalq əməkdaşlıqda mühüm rol oynadığını bir daha təsdiqləyib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı iki gün ərzində incəsənət və yaradıcılıq mərkəzinə çevrildi - FOTO
-
“Musiqili Nağıl Saatı” adlı proqram təqdim olunub - FOTO
-
Azərbaycan–Serbiya: mədəniyyət körpüsü - FOTO
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
6 ölkədən 1100-dən çox iştirakçı - Bakıda beynəlxalq sənət festivalı
XƏBƏR LENTİ
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
-
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
-
Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq
-
Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
-
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
-
Prezident İlham Əliyev: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
-
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO - YENİLƏNİB
-
Ayın 11-də güclü isti olacaq - PROQNOZ
-
Həmzət Çimayev UFC-dəki titulunu itirdi
-
Bu il Azərbaycanda 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur - Nazir
-
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO
-
PSJ üç əsas oyunçusunu itirdi
-
Prezident İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
-
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışıb
-
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
-
Bu klublar Superliqadan ÇIXDI
-
Daha bir azərbaycanlı Rusiya-Ukrayna münaqişəsində həlak OLDU
-
Onlar Hantavirusa yoluxma riski altındadır





