Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi açılır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunacaq.Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisinin açılış mərasimi keçiriləcək
Açılış mərasimi ərəfəsində Vim Delvuanın əsərlərinin reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Nəşrə ön sözü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb: "Müasir incəsənət sərgiləri bu gün cəmiyyətin mədəni həyatında maraqlı mövzulardan biri kimi yer alır. İnsanların müasir incəsənətə olan marağının artmasına baxmayaraq, bəzən yeni ideya axtarışları, əsərin yaradılmasında orijinal yanaşma, özünəməxsus tərz formalaşdırmaq istəyi ilə fərqlənən yaradıcı insanların fəaliyyəti ictimaiyyət tərəfindən birmənalı qəbul edilmir. Belə rəssamlardan biri, ətrafında baş verənlərə istehzalı münasibəti ilə tanınan, yaradıcılığı məna cəsarəti ilə seçilən, müasir incəsənətin ən xarizmatik nümayəndələrindən biri olan Vim Delvuadır".
Leyla Əliyeva bildirib ki, incəsənət vurğunlarına müxtəlif ölkələrin mədəni həyatının ən parlaq hadisələrini görməyə şərait yaradan Heydər Əliyev Mərkəzində ziddiyyətli, bəzən hətta qalmaqallı yaradıcılığı ilə şöhrət qazanmış V.Delvuanın əsərlərinin sərgisinin keçirilməsi tamaşaçılara dövrümüzün ən tanınmış neokonseptualistinin əsərləri ilə yaxından tanış olmağa əvəzsiz şans verir: "Siz bədii dilinin müxtəlifliyi və özünəməxsus kompozisiyası ilə səciyyələnən valehedici sənət nümunələrinin əhatəsində olacaqsınız. Əminəm ki, Vim Delvua yaradıcılığının heyranedici mühiti hər birinizin yaddaşına unudulmaz təəssüratlarla həkk olunacaqdır".
V.Delvua 1965-ci ildə Belçikada anadan olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. O, 1985-ci ildən Avropanın sənət ənənələrini müasir kütləvi mədəniyyət konteksində təqdim edərək özünəməxsus əsərlər yaradır. Rəssamın psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb. V.Delvua əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir, bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və məzmun alır.
V.Delvuanın indiyə qədər Luvr Muzeyində, Parisin Jorj Pompidu adına Milli Mədəniyyət və İncəsənət Muzeyində, Nyu-York Yeni Muzeyində, Lion Müasir İncəsənət Muzeyində, Venesiyanın Peqqi Quqqenhaym Muzeyində fərdi sərgiləri açılıb. O, 1990-cı ildə Venesiya Biennalesinin və 1992-ci ildə isə Almaniyanın Kassel şəhərində keçirilmiş "Documenta IX" sərgisinin iştirakçısı olub.
Milli.Az
Böyütmək üçün şəkillər klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
Arif Babayevin qəbrinə yazılmış söz aranı qatdı – Gerçək BİLİNDİ - FOTO
-
Bakı iki gün ərzində incəsənət və yaradıcılıq mərkəzinə çevrildi - FOTO
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





