Mədəniyyət

Nizami Kino Mərkəzində "Kinoklub"un növbəti tədbiri keçirilib - FOTO

27 Fevral 2015 11:21
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevralın 25-də Nizami Kino Mərkəzi "Kafe Nizami" ilə birgə "Kinoklub" layihəsi çərçivəsində Elvin Abdullayevin "Məriz" qısametrajlı filminin nümayişini keçirib.

"Nano Film Production" studiyasının istehsalı olan film xüsusi olaraq Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilib. Filmdə 13 yaşlı Xocalı sakini Qeyrət adlı bir yeniyetmənin yaddaşında bu faciənin necə ağır psixoloji izlər buraxmasından, düşmənlərimizin amansız vəhşiliyindən bəhs edilir.

Filmin rejissoru Elvin Abdullayev bildirib ki, on bir dəqiqəlik bu ekran əsərinin əsas məqsədi Dağlıq Qarabağda baş verən hadisələrin Qeyrət kimi neçə-neçə Xocalı sakininin qayğısız həyatını darmadağın etməsini diqqətə çatdırmaqdır.

Filmdə baş rolları xalq artisti Ramiz Novruzov, əməkdar artist Aybəniz Haşımova, aktyorlar Səmimi Fərhad, Zarina Qurbanova və digərləri ifa ediblər.
Tədbirdə çıxış edənlər Xocalı faciəsini xalqın yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıblar.

Xatırladaq ki, "Kinoklub" layihəsinin məqsədi - gənclərdə kinematoqrafa marağın artırılması, filmlərin müzakirəsi və tanınan rejissorlarla bərabər sənətə yeni addım atanlara dəstək olmaqdır. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.