Mədəniyyət

Çingiz Mustafayevın "Qiyam" filminin premyerası - FOTO

13 Fevral 2015 14:51
Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12 fevral tarixində, "Eventuz" şirkətinin təşkilatçığı ilə, artıq ənənəyə çevrilən "Nizami" resroranında keçirilən Kinoklub bu səfər də öz tamaşaçılarını darıxmağa qoymadı. Musiqiçi Çingiz Mustafayevin çəkdiyi "Qiyam" adlı film Qarabağ muharibəsinin veteranı, vətənpərvər insanın, kunq-fu ustasının həyatından danışdı. Kinoklubun daimi aparıcısı Zəhra Bədəlbəyli gecəni açıq elan edti.

37 dəqiqə davam edən sənədli qısametrajli filmdə baş qəhrəman İlham Kərimlinin kunq-funun öyrənməsindən, müharibədəki keçdiyi əzablardan və Bakıya məcburi köçdüyü məqamlardan danışılır.

Müğənni Zamiq Hüseynov, rejissor Samir Kərimoğlu, PR menecer Günay Malikqızı, aparıcılar Rüfət Nazar və Ceyhun Əli kimi qonaqlar filmin sonunda Çingizə öz təşəkkürlərini və filmdən müsbət təsir aldıqlarını bildirdilər. Qeyd etmək lazımdır ki, 120 manat büdcəsi olan filmin rejissorluq, operator və montaj işlərini müəllif Çingiz Mustafayev tək ozü etmişdir. Amma buna baxmayaraq Çingiz Mustafayev bildirdi ki, gələcəkdə "Qiyam" filminin tammetrajli versiyasını da çəkmək fikirindədir.

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.