Mədəniyyət

“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc rəsm festivalı başlayır

22 May 2024 11:45
Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı ,Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai SənətMərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi  və Beynəlxalq Suluboya Cəmiyyəti , Xətai  Uşaq Sənəti Qalereyasının təşkilatçılığı  ilə 28 may-Azərbaycanın  Respublika gününə həsr olunmuş "Azərbaycanim" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı 24 may tarixində  saat 10:00 da Xətai Rayon İcra Hakimiyyətinin qarşısında  işinə başlayacaq.

Təntənəli açılış, müsiqi nömrələri və iştirakçıların  rulon  akvarel kağız üzərində sulu boya ilə  bir gül əsəri işləməklə davam edən festival nahar fasiləsi ,akvarelçi rəssamın ustad dərsi ilə davam edəcək və günün sonunda festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom ,yerlərə görə mükafatla  və hədiyyələrlə mükafatlandırılacaq.Günün sonunda festival təntənəli bağlanışla sona çatacaq.
 Nəzərinizə çatdıraq ki, "Azərbaycanim" Beynəlxalq VII Uşaq və Gənc Rəsm  Festivalının iştirakçıları festival  çərçivəsində elan olunmuş akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın  8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı,-Türkiyə,İran,Peru,Litva,Gürcüstan,Yaponiya,Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə 800-ə yaxın əsər yaş qrupuna uyğun sərgilənmiş və bu sərgilərdən hər yaş qrupu üzrə  10 əsərin müəllifi festivala dəvət alıb,həmçinin sərgilərdə  iştirak edən xarici  vətəndaşlar sertifikatla,festivala seçilən əsərlərin müəllifləri isə  festivalın diplomu ilə mükafatlandırılacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.