Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı duet konsert təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənli və bəstəkar, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımovanın ilk duet konserti təqdim edilib. Konsertdə İ.Bax, A.Vivaldi, J.Bize, M.Ravel, Q.Qarayev və digər bəstəkarların solo fortepiano, duet üçün yazdığı orijinal və işləmə əsərləri səsləndirilib.
Qeyd edək ki, pianoçular dəfələrlə eyni səhnəni bölüşsələr də ilk dəfə fortepiano dueti kimi bir araya gəlib konsert proqramı ilə çıxış ediblər. Konsertdə səslənən əsərlər tarixi xronoloji ardıcıllıqla deyil əsərlərin bədii quruluşuna əsasən sıralanıb. İfaçılar konserti zamanı həm də aparıcı qismində çıxış edərək əsərlər barəsində qısa məlumatları tamaşaçıların diqqətinə çatdırıblar. Bu da öz növbəsində konsertin səmimi atmosferdə keçməsinə zəmin yaradıb.
Konsertin proqramı dolğun olması ilə yanaşı klassik musiqidən başlayaraq, impressionizm və müasir musiqiyə qədər geniş diapazonu əhatə edib. Proqram A. Vivaldi mövzuları əsasında, işlənməsi Amerika pianoçusu Greg Andersona məxsus "Göz yaşı yağışı"ilə açılıb, daha sonra Ü.Kazımova fortepiano üçün yazdığı Miniatürləri ifa edib. Həmçinin bəstəkar yeni bəstəsi olan "Yaşanmayan ana xatirəsi" əsərini və Fəqan Həsənli öz işləməsində Fikrət Əmirovun "Mən səni araram" mahnsına improvizasiyanı ilk dəfə təqdim ediblər. Konsert Q.Qarayev- "Yeddi gözəl" baleti əsasında M.Perevertaylonun işlənməsi olan "Gözəllər gözəli" və A.Məlikov "Skerso" əsərinin ifası ilə yekunlaşıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)





