Hər həftə Panamaya 15 milyon qısırlaşdırılmış milçək buraxılır - ABŞ-ın xəstəliklə qəribə mübarizə üsulu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanın və isti qanlı heyvanların açıq yaralarına 250-500 yumurta qoyan "New World Screwworm" adlı milçək növü təhlükə saçır. Sürfələr dərinin alt qatlarına nüfuz edir və orada yetişir. Onlar yetişdikləri orqanizmin sonda ölümünə səbəb ola bilirlər. Bu canlılarla ciddi problem yaşayan ABŞ hər həftə Panamaya 14,7 milyon qısırlaşdırılmış milçək buraxır.
Milli.Az medicina.az-a istinadən bu qəribə əməliyyatın arxasında duran maraqlı səbəbləri təqdim edir:
Birləşmiş Ştatlar illərdir bu təhlükəli parazitlə mübarizə aparır.
Bildirilir ki, dişi milçək yumurtadan çıxandan dörd-beş gün sonra cütləşir. Onun bütün həyat dövrü təxminən 20 gündür. Dişi həyatı boyu 3 minə qədər yumurta qoya və 200 kilometrə qədər uça bilər.
ABŞ-ın hər həftə Panamaya milyonlarla milçək buraxması ilk baxışdan qəribə görünür. Hətta ABŞ-ın mənfi məqsədlər güddüyü də iddia edilib. Lakin alimlər bu əməliyyatın arxasında duran səbəblərin kifayət qədər əhəmiyyətli olduğunu bildirirlər.
Belə ki, "New World Screwworm" adlı təhlükəli parazit yumurtalarını canlıların açıq yaralarına qoyur. Sürfələr həmin canlının ətini yeyərək böyüyürlər. Təəssüf ki, bu vəziyyət həm insan, həm də heyvanlar üçün son dərəcə ağrılıdır və çox vaxt ölümcül olur. Bu zərərli parazitə nəzarət etmək üçün ABŞ milçəkləri qısırlaşdırıb təbiətə buraxmaq üsulunu tətbiq edir.
1950-ci illərdə Edvard F.Kniplinqin kəşfləri sayəsində milçəklərin müəyyən bir mərhələdə radiasiya ilə qısırlaşdırıla biləcəyi və beləliklə də onların çoxalmasının qarşısının alınmasının mümkün olduğu aşkar edilib. Bu kəşf hazırda tətbiq edilən genişmiqyaslı əməliyyatın əsasını təşkil edir.
Panamanın Pakora şəhərindəki bir fabrikdə həftədə 20 milyon milçək istehsal olunur. Milçəklər xüsusi nəzarət otaqlarında yetişdirilir, radiasiya ilə qısırlaşdırılır və daha sonra təyyarələrlə buraxılır. Həmin milçəklər təbii həyat dövrlərini davam etdirsələr də çoxala bilmirlər. Bu da parazitin yayılmasının qarşısını alır.
Əməliyyat ABŞ-a ildə təxminən 15 milyon dollara başa gəlir. Lakin bunun müqabilində çoxlu insanın və milyonlarla heyvanın həyatı xilas edilir, eyni zamanda böyük iqtisadi itkilərin qarşısı alınır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
XƏBƏR LENTİ
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)





