Rusiya

Moskva vilayətində hosteldə yanğın - 6 nəfər öldü

23 May 2024 10:22
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva vilayətində hosteldə yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğın bu gün səhər saat dörd radələrində Moskva vilayətinin İstra şəhərinin Padikovo kəndində baş verib. Yanğının sahəsi 80 kvadrat metr olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi zamanı 6 nəfərin meyitini aşkarlayıblar.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.