Dünya

Dünyada nikel qiymətləri maksimuma qalxdı

23 May 2024 10:04
Baxış: 396
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünya nikel qiymətləri 2023-cü ilin sentyabrından bəri ilk dəfə olaraq bir ton üçün 20 min dolları keçib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, London Metal Birjasında hərraclarda nikelin qiyməti bir ton üçün 21,304 min dollar təşkil edib.

Dünyanın nikel ehtiyatlarının üçdəbirinə sahib olan Yeni Kaledoniyada (Sakit okeanın qərbində Fransanın xarici ərazisi) iğtişaşlar fonunda metal sürətlə bahalaşmağa başlayıb. Bazar iştirakçıları isə tədarükün pozulması ehtimalından narahat olduqlarını bildiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.