Mədəniyyət

"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşiq Şəmşirə həsr olunub - FOTO

22 May 2024 18:29
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə "Musiqi kimliyimiz" layihəsini növbəti dəfə təqdim edib.

Layihə bu dəfə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunub.

"Musiqi kimliyimiz" layihəsinin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, o cümlədən bir sıra aşıqların iştirakı ilə konsert proqramı  keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncəbasar Aşıqlar Birliyinin sədri Aşıq Saleh keçirilən layihəni yüksək qiymətləndirdiyini,  zəngin irsi olan aşıq sənətini bugünkü nəslə çatdırdığı üçün təşkilatçılara təşəkkürünü bildirib.

Layihənin ilk günü Aşıq Rafiq, Aşıq Ramin, Aşıq Bəhruz və başqalarının çıxışı ilə yadda qalıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.