Mədəniyyət və Turizm Nazirliyi Rusiya istehsalı olan "Leviafan" filmi ilə bağlı açıqlama verib.Mədəniyyət və Turizm Nazirliyi rəsmi məlumat yaydı
Milli.Az xəbər verir ki, nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumatda bildirilir:
"Rusiya istehsalı olan "Leviafan" filminin nümayişinə guya qadağa qoyulması barəsində bəzi xəbər saytlarında yayılmış xəbərlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi bildirir ki, "Leviafan" filminin Azərbaycanda nümayişi ilə əlaqədar nazirlik tərəfindən heç bir qadağa qoyulmayıb.
Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində "Leviafan" filminin Azərbaycanda nümayişinin qadağan olunduğu barədə xəbərlər dərc edilib.
Milli.Az