Mədəniyyət

12 yaşlı azərbaycanlı qız Finlandiyanı valeh etdi - YENİLƏNİB - FOTO

13 Oktyabr 2014 18:19
40 Şərh     Baxış: 11 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:46

Milli.Az modern.az-a istinadən xəbər verir ki, Finlandiyada yaşayan 12 yaşlı həmyerlimiz Aylin Cabbarlı "Uşaqların səsi" musiqi yarışmasında uğurlu çıxışını davam etdirərək yarımfinala vəsiqə qazanıb. Müsabiqənin növbəti mərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur "Dua kimi" ("Like a Prayer") mahnısını səsləndirən Aylin Cabbarlı münsiflər heyətinin daha çox rəğbətini qazanıb.

Belə ki, jüri üzvləri hər üç iştirakçının səsini yüksək qiymətləndirsələr də, Aylin Cabbarlının səhnədəki təbii hərəkətləri ilə digərilərindən fəqrləndiyini və növbəti mərhələdə məhz onu görmək istədiklərini deyiblər.

Xatırladaq ki, müsabiqənin ilk mərhələsində uğurlu çıxışına görə münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizin seçimi müğənni Diandra Flores olmuşdu. Finlandiyanın "4-cü kanal"ı ilə yayımlanan mahnı yarşımasının yarımfinalı bu həftə keçiriləcək.

Qeyd edək ki, 12 yaşlı Aylin Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatının nəzdindəki AzərTurk musiqi qrupunun solistidir və 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır.

Milli.Az

---------
18:19

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.