Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara tanıtmaqla bağlı fəaliyyəti təqdirəlayiqdir - FOTO
23 Sentyabr 2014 10:15
Baxış: 1 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın zəngin mədəni irsinin fransızlara daha yaxından tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fondun təşkil etdiyi tədbirlər sayəsində vaxtilə Azərbaycan haqqında məlumatları az olan fransızlar, indi ölkəniz barədə geniş təsəvvürə malikdirlər".
Bu sözləri AzərTAc-a müsahibəsində paytaxt sakini Jil Bertran söyləyib.
Qeyd edək ki, Parisdə təşkil olunan "Azərbaycan şəhərciyi"nin açılışından keçən bir neçə gün ərzində fransızlar və şəhərin qonaqları Bakıdan gələn incəsənət ustalarının müxtəlif konsert proqramlarını izləməyə imkan tapıblar. Sentyabrın 22-də "Real" instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Əməkdar Artisti, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədovun pianoda, zərb alətlərində və barabanda ifa etdikləri Azərbaycan və Avropa bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunda təşkil olunan "Azərbaycan şəhərciyi" ilə tanışlıqdan və "Real" ansamblının çıxışından sonra Jil Bertran deyib: "Ölkənizlə bağlı Parisdə keçirilən müxtəlif tədbirlərdə dəfələrlə iştirak etmişəm. Bu tədbirlərin nəticəsidir ki, mən Azərbaycana vurulmuşam. Elə bu vurğunluq sayəsində Sen-Süplis meydanında təşkil olunan "şəhəriciyi"ə dördüncü dəfədir ki, baş çəkirəm. "Şəhərcik"də nümayiş etdirilən Azərbaycanın müxtəlif nemətlərinin dadına baxıb, tarixinizə, ədəbiyyatınıza, mədəniyyətinizə, incəsənətinizə, musiqinizə dair çoxlu kitablar və broşürlar əldə edib, qədim xalçalar, misgərlik məmulatları ilə yaxından tanış olmuşam.
İndi bilirəm ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu körpü, eyni zamanda müxtəlif mədəniyyətlərin qovuşmasında, xalqların biri-birinə yaxınlaşmasında müstəsna əhəmiyyətə malikdir. Sizi inandırmaq istərdim ki, hər hansı sadə fransızdan Azərbaycan haqda soruşsanız, o, ölkəniz barədə çox şey deyə bilər. Bir neçə gündür meydanda səslənən Azərbaycan musiqisinə maraq göstərən fransızların sayının durmadan artması dediklərimə əyani sübutdur".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
“25 il işlədim, artıq BƏSDİR”
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
Tanınmış aktrisa vəfat etdi
XƏBƏR LENTİ
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
-
Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
"Oğlum futbol oynamaq istəmir"
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Tacir Şahmalıoğlu toyda xanımına elə hərəkət etdi ki... - FOTO
-
PSJ - "Arsenal": Heyətlər açıqlandı
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Arne Slot istefaya göndərildi
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu