Mədəniyyət

Aleksey Rıbnikovun teatrı "Buratino" tamaşasını təqdim edir

20 Fevral 2014 14:36
Baxış: 1 033
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
1 iyun 2014-cü il tarixində - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə saat 12.00 və 16.00-da Heydər Əliyev Sarayında Aleksey Rıbnikovun teatrının "Buratino" müzikli nümayiş olunacaq.

Tamaşanın musiqisi Rusiya musiqisinin canlı əfsanəsi Aleksey Rıbnikova, sözləri isə Yuri Entinə məxsusdur. Müziklin quruluşçu rejissoru Aleksandr Rıxlov, xoreoqrafı Janna Şmakova, libretto müəllifi Sofya Troitskayadır.

Tamaşada Arina Kirsanova, Svetlana Skurixina (Buratino), İqor Kirilyuk, Sergey Çurbakov (Kot Bazilio), Svetlana Nikolaeva, Yekaterina Kulçitskaya (Lisa Alisa), Leonid Sivets (Karabas), Natalya Krestyanskix, Svetlana Skurixina (Malvina), Yeqor Nikolayev, İvan Aqafanov (Pyero), Dmitri Boqdanov, Yaroslav Dyakov, Konstantin Pankratov (Arlekin/Artemov), Svetlana Milovanova (Tortila), Vladimir Mironov, İqor Kirilyuk, Dmitri Boqdanov (Duremar), Leonid Siveç (Papa Karlo) və b. çıxış edirlər.

Xronometrajı 90 dəqiqə olan müzikl gərgin hadisələr xətti, orijinal yozumu, maraqlı aktyor ifası və ən əsası, hadisələrin daxili məntiqi ilə səsləşən əsrarəngiz musiqisi ilə tamaşaçını darıxmağa qoymur.

Aleksey Rıbnikovun teatrı Buratino haqqında məşhur nağıla tamamilə fərqli aspektdən yanaşıb. Tamaşanın əsas özəlliyi A.Rıbnikovun qeyri-adi, özünəməxsus musiqisidir. Əvvəldən axıradək səhnəni tərk etməyən musiqiçilərin ifa etdikləri musiqilər Buratinonun məzəli əhvalatlarına yeni bir çalar bəxş edir. Tamaşa balaqan estetikasına, fastnaxşpile, del-arte ənənələrinə söykənir. Yaradıcı heyət, az qala, hamının əzbər bildiyi ənənəvi süjetə fəqli baxım bucağından yanaşaraq, uşaqlar, eləcə də böyüklər üçün maraqlı olan bir müzikl hazırlaya bilib. Rusiya teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan "Buratino" ailəvi müzikli Azərbaycan tamaşaçıları üçün də əsl bayrama çevriləcək.

Uşaqlara əvəzsiz bayram hədiyyəsi bəxş etmək istəyənlər biletləri şəhərin bütün kassalarından 8 manatdan başlayan qiymətlərlə əldə edə bilərlər.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.