Azərbaycanın dahi bəstəkarı Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci il tarixində Gəncə şəhərinddə dünyaya göz açıb. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb.
Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.
F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. (əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaraıb. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.
Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.
F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəsləyib.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün Fikrət Əmirovun doğum günüdür
22 Noyabr 2013 13:16
0 Şərh
Baxış: 1 159

DİGƏR XƏBƏRLƏR
-
Elxan Cəfərova vəzifə verildi
-
Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası keçirildi - FOTOlar
-
“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub - FOTO
-
“Milli Opera İncilərimiz” adlı layihəyə start verilir
-
Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalının "Viva Opera" parlaq qala gecəsi keçirilib – VİDEO - FOTO
-
"Abonement konsertlər silsiləsi"nin son konserti baş tutdu - FOTO
XƏBƏR LENTİ
-
"Azeri Light" nefti ucuzlaşıb
-
Çalhanoğlu və məşqçisi cəzalandırıldı
-
"Hər kəs oradan ağlayaraq çıxıb"
-
ABŞ erməniləri Lapşini ələ saldılar: Vardanyan daha "üstün" imiş
-
Rubl və avro bahalaşdı, dollar isə... - MƏZƏNNƏ
-
Anar Vəziroğlu: “Arvadıma “səni sevirəm, ölürəm” deməmişəm”
-
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
-
Dünyanın ən bahalı məktubu satıldı - "Titanik"də sağ qalan sərnişin yazıb
-
Alış-veriş edərkən ən çox nədə səhvə yol veririk
-
“Toyda mənim üçün dava etdi, məni arxa qapıdan göndərdilər”
-
Mayda bürcləri nələr gözləyir - Sağlamlığınıza qarşı diqqətli olmalısınız...
-
Nəfəsin 5 il öncəki halı - tanımaq olmur - FOTO
-
"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
-
Xərçəng, diabet, infarkta səbəb olan maddə tapıldı - Hər evdə var
-
Pul maqneti - Pul cəlb edən pulqabını necə seçməli?
-
25-44 yaş aralığında olanlar üçün təhlükə : Gecə yatarkən...
-
Bu üç qida sizi daha ağıllı edəcək
-
28 övladı , 250-dən çox nəvəsi var - "Ölmək istəyirəm amma ölə bilmirəm"
-
Bu şəxslərin həbs cəzası hesablanmayacaq
-
"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"
-
Günün qoroskopu: Realist olun
-
Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
-
"Skype" bu tarixdə bağlanacaq
-
Messini üstələdi, Ronaldoya yaxınlaşdı