Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin yaşadılması, caz sənətinin inşikafı və müxtəlif mədəniyyətlərin bir-birinə inteqrasiyası istiqamətində daha bir layihə həyata keçirir.
Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, bu layihə çərçivəsində oktyabrın 20-də Mərkəzdə məşhur caz ifaçısı, Azərbaycanın əməkdar artisti Şahin Növrəslinin "Bayatı" adlı konserti keçiriləcək. Konsertdə müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənəcək. Gecədə həmçinin xüsusi qonaq, finlandiyalı müğənni Yanita (Janita) öz məşhur ifaları ilə çıxış edəcək.
Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayıb və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərinin israrı ilə təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, sonralar isə Bakı Musiqi Akademiyasında davam etdirib. Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək, öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranmış "Əbədi yol", eləcə də "Clajamu" caz solo layihəsi, Motsart və Baxın əsərləri əsasında tərtib olunmuş klassik solo proqramı ilə dünyanın bir çox ölkələrində uğur qazanıb. Şahin Növrəsli Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin kimi tanınmış musiqiçilərlə çıxış edib, albomlar yazdırıb.
Konsertin xüsusi qonağı Yanita (Janita) 1978-ci ildə Helsinki şəhərində anadan olub. Müğənni-bəstəkardır. İndiyə qədər 8 albomu işıq üzü görüb və onlardan bir neçəsi Finlandiyanın "Top 40"da yer alıb.
Konsertin təşkilatı dəstəyi "A+A Event" şirkətidir.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Heydər Əliyev Mərkəzində məşhur caz ifaçısı Şahin Növrəslinin konserti keçiriləcək
7 Oktyabr 2013 13:34
Baxış: 595

DİGƏR XƏBƏRLƏR
-
Elxan Cəfərova vəzifə verildi
-
Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası keçirildi - FOTOlar
-
“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub - FOTO
-
“Milli Opera İncilərimiz” adlı layihəyə start verilir
-
Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalının "Viva Opera" parlaq qala gecəsi keçirilib – VİDEO - FOTO
-
"Abonement konsertlər silsiləsi"nin son konserti baş tutdu - FOTO
XƏBƏR LENTİ
-
ABŞ erməniləri Lapşini ələ saldılar: Vardanyan daha "üstün" imiş
-
Anar Vəziroğlu: “Arvadıma “səni sevirəm, ölürəm” deməmişəm”
-
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
-
Dünyanın ən bahalı məktubu satıldı - "Titanik"də sağ qalan sərnişin yazıb
-
Alış-veriş edərkən ən çox nədə səhvə yol veririk
-
“Toyda mənim üçün dava etdi, məni arxa qapıdan göndərdilər”
-
Mayda bürcləri nələr gözləyir - Sağlamlığınıza qarşı diqqətli olmalısınız...
-
Nəfəsin 5 il öncəki halı - tanımaq olmur - FOTO
-
"ChatGPT" necə işləyir? - Süni intellektin insan kimi danışmasının sirri
-
Xərçəng, diabet, infarkta səbəb olan maddə tapıldı - Hər evdə var
-
Pul maqneti - Pul cəlb edən pulqabını necə seçməli?
-
25-44 yaş aralığında olanlar üçün təhlükə : Gecə yatarkən...
-
Bu üç qida sizi daha ağıllı edəcək
-
28 övladı , 250-dən çox nəvəsi var - "Ölmək istəyirəm amma ölə bilmirəm"
-
Bu şəxslərin həbs cəzası hesablanmayacaq
-
"Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi"
-
Günün qoroskopu: Realist olun
-
Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
-
"Skype" bu tarixdə bağlanacaq
-
Messini üstələdi, Ronaldoya yaxınlaşdı
-
Məşhur türk serialı final edir - FOTO
-
Zelenski minerallara dair sazişin detallarını açıqladı
-
"Fənərbağça"nın ulduzu infeksiyaya yoluxdu, mövsüm onun üçün başa çatdı
-
Dəsmallardakı bu izlər nə işə yarayır?