Milli.Az Modern.az-a istinadən xəbər verir ki, Rzayev Anar Rəsul oğlu - nasir, dramaturq, kinodramaturq - 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.
Anar və Zemfira xanımın 2 övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yenidən quruma sədr seçilib.
1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq aparmaq Anara həvalə olunub. O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdər (1998).
Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir.
Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
"Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Dantenin yubileyi", "Dədə Qorqud" əsərləri müxtəlif dillərdə çap olunub.
Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.
Anar onbir bədii filmin ("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qoqud"- ilk iki hissəli Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin ("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə-Yeni Gəncə", "Bu-Səttar Bəhlulzadədir", "Bu-Javaddır", "Dindirir əsr bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi" filminin habelə iki hissəli "Üzeyir ömrü", və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Anarın şeirləri də var. Sözlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.
Şekspirin "Fırtına", B.Brextin "Qalileo Qaliley" pyeslərini, R.Taqorun "Bağban" mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirib.
Anar 1970-72-ci illərdə Bakıda və Moskvada Recissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu alıb.
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Xalq yazıçısı Anar - FOTOSESSİYA
14 Mart 2013 18:22
Baxış: 1 011

DİGƏR XƏBƏRLƏR
-
Vəziyyəti ağırlaşan xalq artisti ilə bağlı açıqlama
-
Bakıda World Artistic Dance Festival çərçivəsində rəqs konqresi keçirilib - VİDEO
-
Bakıda “Dance Lab – Dances of the World” təşkil olunub – rəqs mədəniyyətlərin dili kimi - VİDEO
-
“Zəngəzur mahnısı” klipi ictimaiyyətə təqdim edilib - VİDEO - FOTO
-
Bakıda “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb - FOTO
-
Sadıx Mustafayev "Qocaldıq biz" adlı adgünü konserti ilə dostlar əhatəsində olacaq
XƏBƏR LENTİ
-
İsrail qatılsa, Avroviziyadan gedəcəklər...
-
Gənclər şəhərciyində yanğın olub - zəhərlənənlər var - YENİLƏNİB - VİDEO
-
Bürclərin 2025-ci ilin sonuna qədər ən şanslı günü
-
Qurban Qurbanov Ramil Şeydayev barədə açıqlama verdi
-
Ermənistan və Türkiyə razılığa gəldi
-
Bu ətirlər hormon sistemini pozur - Açıqlama
-
Leyla qızı və öz adını kosmosa göndərir - FOTO
-
“Qarabağ” “Zirə” ilə bərabərə qaldı
-
Bu ev aləti 65 soyuducu qədər enerji sərf edir: Hər kəsin evində var
-
FIFA-dan milli komandalarla bağlı yeni qərar
-
Böyürtkən yığan 62 yaşlı kişi güllələndi
-
Ölən körpənin anası saxlanıldı - “Dedi ki, uşağı hirslənib yerə çırpdım” - YENİLƏNİB - VİDEO - FOTO
-
Azərbaycanlı müğənni qızına ad günündə bahalı MAŞIN ALDI - VİDEO
-
"Real Madrid"də ciddi itki
-
Qalmaqal böyüyür - eks-sevgilisi ilə Hidayətin VİDEOsu yayıldı - YENİLƏNİB - FOTO
-
Xocasəndə avtobus qəzaya düşdü - Xeyli sayda yaralı var - YENİLƏNİB - VİDEO
-
“Onun başqa xanımdan iki uşağı var”
-
Kosmosda yeni növ obyekt aşkarlandı
-
“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu
-
İkardi "Qalatasaray"dan gedə bilər
-
Mülki şəxslərin öldürülməsinə dair sənədlər məhkəmədə elan olunub - FOTO
-
Zoğalın möcüzəvi faydaları
-
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Bu 8 ölkəyə səyahət...
-
Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA