Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Kanal S-in pavilyonunda gerçəkləşmiş bu layihənin məqsədi ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.
Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xoreoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir. Layihənin ideyası və reallaşdırılması, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Euromedia şirkətinə məxsusdur.
"Böyük Səhnə" şousunda iştirak üçün dekabrın 24-dən etibarən kastinqlərə qeydiyyat başlayıb. Kastinqlərin Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda
keçirilməsi nəzərdə tutulub. Artıq Lənkəran və Gəncədə seçim turları başa çatıb. Münsiflər heyəti bu 2 şəhərdə 70 nəfəri sınaqdan keçirib. Kanal S pavilyonunda baş tutmuş Şəki mərhələsində isə səhnəyə regionun 30-a qədər içtirakçısı çıxıb. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün iştirakçılar müəyyən qaydalara əsasən seçilirlər. Kastinqin keçirilmə tarixinə qədər 16 yaşına çatmış hər bir vokalçı və ya qrup bacarığını nümayiş etdirə bilər.
Kastinq zamanı vokalçı və ya qrup biri Azərbaycan, digəri isə ingilis dilində olmaqla iki mahnı ifa etməlidir. Bundan əlavə, qrup kastinqdə çıxışı üçün ifa edəcək mahnıların fonoqramlarını təqdim etməlidir. Vokalsız və bek-vokalsız, həmçinin vokalçının öz istəyi ilə seçilmiş mahnıların akapello ifası da mümkündür. Öz istedadını göstərmək, dünya səviyyəli
məşhur ifaçılar, stilistlər və rəqqaslarla işləyərək onu inkişaf etdirmək uğrunda ölkənin ən yaxşı vokalçılarının mübarizə aparacağı 20-dən çox yaradıcı qrupun olduğu bu şouda iştirakçıları tanınmış münsiflər qiymətləndirəcəklər. Onlar arasında Zəhra Bədəlbəyli, Emin Kərimi, Emin Əfəndi və Ranar Musayevdən başqa, "Eurovision-2011" mahnı müsabiqəsinin
qalibi Eldar Qasımov da var.
"Böyük səhnə" sadəcə istedad şousu deyil, bu, çox qısa vaxt ərzində yetişmiş fərdi tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya çevrilmək imkanıdır. İştirakçılar da bu layihədən çox şey gözləyirlər. Qeyd edək ki, yanvarın 18-də Bakıda super kastinq olacaq. Bölgələrdən seçilmiş bütün iştirakçılar bu kastinqə qatılacaqlar. Ayın 18-də seçim turu başa çatacaq. Layihənin yarımfinal və finalı Ukraynanın Kiyev şəhərində, superfinal isə mart ayında Bakıda keçiriləcək.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Böyük Səhnə" Şəkidə oldu
16 Yanvar 2013 12:53
0 Şərh
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib – FOTO
-
Ramil Qasımov ilk dəfə Kavaradossi rolunda çıxış edəcək
-
İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimat-konserti keçirilib - FOTO
-
Leyla Əliyeva və Zəhra Pezeşkian “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət ediblər - FOTO
-
Ankarada küçələrdən birinə Üzeyir Hacıbəylinin adı verilib - FOTO
-
Xalq artisti Məcnun Kərimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
XƏBƏR LENTİ
-
2026-cı il üçün inflyasiya proqnozu açıqlandı: AMB-dən mühüm açıqlama
-
Azərbaycanda bu siqaretlərin satışı müvəqqəti dayandırıldı - Bahalaşacaq
-
Milyonları göyə sovurdu, zibilyığan oldu - FOTO
-
Qəzaya uğrayan AZAL təyyarəsinin Bakıda çəkilən son VİDEOsu yayıldı
-
907-ci düzəliş institusional rudiment və lobbiçilik aləti kimi
-
“BakuBus” avtobuslarında NFC ilə ödəniş tam aktivləşdirildi
-
İnanırıq ki, təyyarə qəzasına səbəb olan cinayətkarlar ifşa olunacaq - Hökümə Əliyevanın yoldaşı
-
“Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun...”
-
“Hökumənin ən böyük arzusu ...” – Milli Qəhrəmanın atası açıqladı
-
Atam uçuşu bitirib Yeni İli bizimlə qeyd etmək istəyirdi - İqor Kşnyakinin qızı
-
62 yaşlı Xalq artisti toyu üçün Putindən icazə alacaq: 19 yaşlı qızla EVLƏNİR
-
AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı Milli Qəhrəmanların məzarları ziyarət edilib - FOTO
-
Yasamalda kişi dəm qazından öldü
-
Avro və rubl ucuzlaşdı
-
Futbolçu oyun zamanı ÖLDÜ: qəpiyə görə
-
Azər Qəribə vəzifə verildi - FOTO
-
Nağd ödəsən endirim var, kartla yoxdur - Mağazaların yeni oyunu
-
Prezident İlham Əliyev AZAL faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Hamam kafeli necə yuyulmalı? - Mükəmməl parıltının sirri
-
"Secret Santa" üçün ideal hədiyyə seçimi necə olmalıdır?
-
Tosterdən tutmuş fenə qədər - Ev cihazları ağciyərləri təhlükəyə atır
-
Mətbəxdə taxta qaşıqdan istifadə təhlükəlidirmi?
-
Yaşlandıqca niyə özünəinam zəifləyir?
-
Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu





