Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Musiqi səmasında parlaq bir ulduz..."
3 Noyabr 2012 18:09
0 Şərh
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan çox qədim zamanlardan bəri dünya mədəniyyətinə qiymətli töhfələr bəxş edən musiqiçilər yetişdirib. Belə görkəmli musiqi xadimlərindən biri də Səfiəddin Əbdül Mömin ibn Yusif ibn Fakir əl-Urməvidir. Onun adı və soyadı qaynaqlarda Səfi-əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi kimi yazılır. O, Urmuya şəhərində doğulduğunu və nəslinin bu şəhərdə yaşadığını bildirmək üçün Urməvi soyadını götürmüşdür.
Səfiəddin Urməvi orta əsr şərq musiqi mədəniyyətini zinətləndirən, dövrünün ən qüdrətli musiqişünası olub.
Səfiəddin Urməvi 1216-cı ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi Urmiya şəhərində anadan olmuşdur. İbtidai təhsilini öz vətənində almış, ibtidai musiqi təhsilini və udda çalmağı da burada öyrənmişdir. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün yaxın və orta şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirmişdir.
Səfiəddin Urməvi mədrəsədə şərq dillərini öyrənmiş, fövqəladə istedadı sayəsində tarix, ədəbiyyat, xəttatlıq, musiqi və başqa elm sahələrində məşhurlaşmışdır.
Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanmışdır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapmış və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunmuşdur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunmuşdur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar zamanı ud çalması ilə hamının rəğbətini qazanır.
Urməvi imkan olduqca saray şənliklərində iştirak edər, şərq musiqisini acgözlüklə dinləyər, məqam düşdükcə özü də ifa edərdi. O, Bağdadın məşhur çalğıçı və müğənniləri ilə tez-tez görüşər, musiqidən xüsusi zövq alardı. Təsadüfi deyil ki, xalq arasında onun bəstəkarlıq və ifaçılıq məharəti haqqında xeyli rəvayətlər də meydana gəlib. Bunlardan ən məşhuru Urməvinin ud çalmasına dair el arasında danışılan hekayətdir.
Bəstəkarlıq və ifaçılıq istedadı
Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi tanıtmışdı. Bütün şərq aləmində ünlü sənətçilər kimi ad çıxarmış bir çox musiqişünaslar onun şagirdləri olmuşlar. Məşhur Azərbaycan musiqişünası (XIII-XIV əsrlər) Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olmuşdur. Bunların sırasında Şəms əd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.
Səfiədan iki yeni musiqi aləti yaratmışdı-"Nüzhə" və "Müğni". Nüzhə müasir arfa (çəng) və kanona bənzəyirdi. Bu alətin 81 simi vardı. Söyüd, sərv və ya şümşaddan dördbucaq şəklində düzəldilirdi. Müğninin 33 simi vardı və xarici oxşarlıq baxımından rübaba bənzəyirdi. Sadəcə, çanağı iri idi. Müğni ərik ağacından düzəldilirdi.
Səfiəddin Urməvi həm də istedadlı bəstəkar idi. Onun sənətinin bu cəhəti haqda da əfsanə dolaşmaqdadır. Deyirlər ki, Bağdadda Lizzəhxan adında bir müğənni yaşayırmış. O, tez-tez Səfiəddinlə görüşər, birlikdə çalıb-oxuyarmışlar. Səfiəddin ona musiqi dərsi keçərmiş. Bir gün, saray qəbullarının birində Lizzəhxan gözəl bir mahnı oxuyur. Mahnı hamıya xoş gəlir və xəlifə onun müəllifinin adını soruşur. Bəstəçinin Səfiəddin olduğunu biləndə onu qəbula dəvət edir və bütün qonaqlar sənətkarın udda çaldığı musiqilərdən feyziyab olurlar.
1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur. Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. Onu şəxsən tanımış tarixçilərdən Həsən Ərbələni həmin hadisələri belə təsvir edir: "Səfiəddinin yaşadığı məhəllə Hülakü xanın qoşunları ilə əhatə olunmuşdu. Məhəllə camaatı, xüsusilə də Səfiəddin ölüm təhlükəsi altında idilər. Qoşun sərkərdələrindən biri otuz nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını sındırmağa başladı. Ev yiyəsi cəsarətlə döyüşçülərin qarşısına çıxaraq, onları ədəb-ərkanla evə dəvət edir. Sarayda yaxşı diplomatiya məktəbi keçmiş Səfiəddin "qonaqlar"la ümumi dil tapa bilir. Çox söz-söhbətdən sonra dəstə başçısı məhəllə camaatına toxunmadan, Səfiəddini götürüb Hülaku xanın hüzuruna gətirir. Sənətkar udunu kökləyib, həzin bir melodiya çalır, Ziya adlı müğənni isə oxumağa başlayır. Xanın yanındakıların hamısı Səfiəddinin ustalığına və ağlına heyran qalırlar. Xan ona öz sarayında iş təklif edir, məhəllə camaatı isə təhlükədən qurtulur.
Musiqi tarixinə bəxş etdiyi töhfələr
Hülaku xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış tarixçi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin tərbiyəsini ona həvalə edir. Səfiəddin onlara hərtərəfli təhsil verməyə çalışır. Lakin təbii ki, musiqi dərslərinə xüsusi fikir verir. Şərafəddin təhsildəki uğurları ilə müəlliminin hüsn-rəğbətini qazanır və Urməvi Təbrizdə qələmə aldığı beş hissəlik məşhur "Risaleyi-Şərəfi" adlı musiqi risaləsini ona ithaf edir.
Çox güman ki, Urməvinin musiqi nəzəriyyəsinə dair dəyərli əsərləri olub. Lakin hələlik onun iki məşhur əsəri bizə məlumdur. Onlardan biri "Risaleyi-Şərəfiyyə" adlanır. Bu, Urməvinin ilk musiqi əsəri kimi qəbul edilib. Səfiəddinin ikinci əsəri "Kitab-əl-ədvar" ("Dövrlər kitabı") adı ilə məşhurdur. Tədqiqatçılara görə, musiqinin bir sıra mühüm sahələrini özündə cəm edən bu əsər öz təravətini və əhəmiyyətini indi də itirməyib. Burada musiqi səsinin gücü, pərdələrin bölüm qaydaları, intervallar arasında nisbət qaydaları, çalğı alətləri, muğamlar, onların təsir gücü və bir sıra başqa mühüm məsələlərə geniş yer verilir.
Səfiəddin orta əsr Şərqinin böyük musiqişünası və yeni musiqi sisteminin pioneri adlandırılır. O, yazı notunu icad edən ilk bəstəkar hesab olunur. Ustad sənətkarı səma cisimləri ilə qoşalaşdıran musiqişünaslar da olub. XX əsrin görkəmli ingilis musiqişünası Henri Corc-Farmer yazır: "...XIII əsr musiqi səmasında parlaq bir ulduz zühur etdi. Onun adı Səfiəddin Əbdülmömin Urməvidir".
Böyük sənətkar 1294-cü ildə, 80 yaşında Bağdaddakı borclular həbsxanasında dünyasını dəyişmişdir. Dünyanın işinə bax ki, vaxtilə dostlarına dörd min dinarlıq ətir pulu verə bilən Səfiəddin ömrünün sonlarında üç yüz dinar borca görə zindana salınıbmış. Səfiəddin Urməvinin əsərləri Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, İstanbulun, Sankt-Peterburqun, Tehranın, Bakının və başqa şəhərlərin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır...
"Azadlıq" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO
-
“Kiçik Solistlər”dən möhtəşəm konsert - FOTO
-
Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur - FOTO
XƏBƏR LENTİ
-
Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Onun da adı Epşteyn fayllarında çəkilib: Mesajları ortaya çıxdı - FOTO
-
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
-
Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
-
AQTA-dan reyd: 600-dən çox quşla bağlı şok fakt
-
İyunun 7-də imtahan verəcək şəxslər üçün VACİB XƏBƏR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Daha bir klubumuz kapitanı göndərdi
-
Rəqsanənin tanınmış müğənni ilə şıdırğı RƏQSİ - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
-
Paytaxtda qəza oldu, sıxlıq yarandı - FOTO
-
Firudin Qurbanov Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO
-
“Az Çəki, Çox Həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir - FOTO
-
“Elə kişi ilə 1 gün də YAŞAMARAM”
-
Tanınmş müğənnidən pərəstişkarlarına bəd xəbər - Konsertlərini bir-bir təxirə saldı
-
Bu binalarda yaşayanların NƏZƏRİNƏ - Söküntü BAŞLANDI
-
Mehriban Abasquliyeva məhkəmə zalında həbs EDİLDİ
-
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
-
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
-
Hantavirus yayılan həmin gəmi yenidən açıq dənizə çıxır
-
Evində 13,5 ton qızıl TAPDI - Edam cəzası verildi - VİDEO
-
Polşada helikopter qəzaya uğradı, pilot öldü