“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının ikinci günü Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən konsert Kamera və Orqan Musiqisi Zalında baş tutub.
Konsertdə giriş sözü üçün səhnəyə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə dəvət olunub. Onlar 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün iştirakçıları təbrik edib, festivalın əhəmiyyətindən, uşaqların gələcək həyatlarına müsbət təsirindən danışıb və bütün iştirakçılara uğurlar arzulayıblar.
Beynəlxalq musiqi festivalının ikinci günü Ukraynadan gələn gənc vokalçılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz istedadlarını nümayiş etdiriblər. Gecədə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Səda" uşaq xoru çıxış edib. Qeyd edək ki, "Səda" uşaq xorunun xormeysteri Aysel Mehdizadə, konsertmeyster isə Şahin Yəhyazadədir.
Proqramda Volfqanq Amadey Motsart, Karl Bom, Nikolay Rimski-Korsakov, Scott Joplin Aaron Copland, Antonin Dvorjak, İrina Xrisanidi kimi Avropa, Amerika, Rusiya və Ukrayna bəstəkarları, Qara Qarayev, Nazim Əliverdibəyov, Əzizə Mustafazadə, İsfar Sarabski kimi Azərbaycan bəstəkarlarının ən parlaq caz və estrada əsərləri gənc ifaçıların ifasında səslənib. Konsert bir daha nümayiş etdirdi ki, gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üçün belə layihələr mühüm əhəmiyyət daşıyır. Festival iştirakçıları yüksək ifaçılıq məharətləri ilə tamaşaçılarda xoş təəssürat yaradaraq uzun sürən alqışlarla qarşılanıblar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə möhtəşəm festival keçiriləcək - İçərişəhər altı gün ərzində Argentina tanqosunun ritmlərinə qərq olacaq
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
-
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol"
-
Zelenski Londonda kralla görüşdü
-
Sosial media və uşaqlar: Yeni qanun qaçılmazdır
-
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama
-
10 məşhurun narkotik testi müsbət çıxdı
-
Bakının bəzi ərazilərində qaz kəsiləcək - YENİLƏNİB
-
İranda bütün uçuş məhdudiyyətləri ləğv edilib
-
“Güller ve günahlar”da ayrılıq - FOTO
-
“Qarabağ”dan Maksim Medvedevlə bağlı qərar
-
İsrail İrana hücumları təxirə salıb
-
Toyları səhv salıb yarım saat pulsuz oxudu





