“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konserti Bəstəkarlar İttifaqında keçirilib.
Konserti giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə və Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə açaraq uşaqları bayram münasibəti ilə təbrik edib, festivalın əhəmiyyətindən, uşaqların yaradıcılıq yoluna müsbət təsirindən danışıb.
Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertin ilk nömrəsi Rəna Qədimovanın Anar Məmmədovun sözlərinə yazdığı "Yüksəl, ey Azərbaycan!" əsəri olub. Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Uşaq Xor Kapellasının ifasında səslənən bu parça ADUF-un direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadənin dirijorluğu ilə səslənib (konsertmeyster Elmira Hümbətova). Olduqca təntənəli, vətənpərvər ovqat yaradan bu musiqi nömrəsi konsertin ideya-məzmun xəttini müəyyən edən təsirli başlanğıc oldu.
Daha sonra Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xorunun ifasında yadda qalan, sevimli uşaq mahnılarının müəllifi Qənbər Hüseynlinin yaradıcılığından "Cücələrim" (solist Natəvan Qəniyeva), Sərdər Fərəcovun yaradıcılığından "Buratino", "Dələ", "Küpəgirənlər" (solistlər İnci Hümbətova, Ayla Aşurova, Ramilə Məmmədsoy), "Aşpazlar" (solistlər Məryəm Aslanzadə, Yunis İmamverdili, Esra Səmədzadə, Anar Rəhimli, Cahan Məmmədsoy) mahnıları səslənib. Uşaqların peşəkar ifası, səhnə sərbəstliyi və obrazları məharətlə canlandırmaları hər bir musiqi nömrəsini kiçik bir səhnə tamaşasına çevirərək konsertə xüsusi rəng qatıb.
Proqramda həmçinin Qara Qarayevin "Şən hadisə" (pianoda ifa: Ramilə Məmmədsoy), "Prelud № 1" (pianoda ifa: Veysəlzadə Dəniz), Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən "Türk qızlarının rəqsi" (ifa (violin): Aleksey Dzyuba; konsertmeyster: Ülkər Həsənova), Ceyhun Allahverdiyevin "Sevəcəm" (pianoda ifa: Zümrüd Məmmədova) əsərləri, Tofiq Quliyevin "Azərbaycana gəlsin" (söz: Süleyman Rüstəm) mahnısı (ifa (vokal): Dəniz Hacızadə; konsertmeyster: Təranə Məmmədova) təqdim olunub.
Konsert bir daha nümayiş etdirdi ki, musiqi uşaqların yaradıcılıq potensialını üzə çıxaran, onları bir araya gətirən və gələcəyə inam aşılayan ən güclü vasitələrdən biridir. Festival çərçivəsində təqdim olunan bu konsert gənc istedadların uğurlu çıxışları ilə yadda qalaraq uzun sürən alqışlarla başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Möhtəşəm final - rəqs və çerlidinq üzrə Azərbaycan Çempionatı keçiriləcək - FOTO
-
“PLENER ƏSƏRLƏR” yaradıcılıq sərgisinə əsərlər qəbul olunur
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının ilk günü Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində baş tutub - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
İstanbuldakı nəhəng göydələn vahimə yaradır - VİDEO
-
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə məktub göndərib
-
Min Aung Hlaing Prezident İlham Əliyevi təbrik edib
-
5 il həbsi istənilən Acun Ilıcalı ilə bağlı qərar verildi
-
Əli Əsədov yeni qərar imzaladı
-
“Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə!"





