Əli Əsədov Denis Şmıqalla görüşdü
Bu gün Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal ilə görüşüb.
Nazirlər Kabinetindən Milli.Az-a verilən məlumata görə, görüşdə "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Bakı şəhərinin yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevrildiyi bildirilərək sözügedən platformanın enerji təhlükəsizliyi, yaşıl keçid və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılaraq, iqtisadiyyat, ticarət, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
Söhbət zamanı Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstəyin əhəmiyyəti vurğulanıb, ölkəmizin Ukrayna xalqına göndərdiyi humanitar yardımlara və mülki infrastrukturun bərpasına verdiyi töhfəyə görə minnətdarlıq ifadə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə məktub göndərib
-
Min Aung Hlaing Prezident İlham Əliyevi təbrik edib
-
Denis Beçiroviç Prezident İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"
-
Anura Kumara Dissanayake Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
İstanbuldakı nəhəng göydələn vahimə yaradır - VİDEO
-
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə məktub göndərib
-
Min Aung Hlaing Prezident İlham Əliyevi təbrik edib
-
5 il həbsi istənilən Acun Ilıcalı ilə bağlı qərar verildi
-
Əli Əsədov yeni qərar imzaladı
-
“Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə!"
-
Milli Məclisdə növbədənkənar iclas: 8 qanuna dəyişiklik gündəmdə
-
"Liverpul" yeni baş məşqçisini TAPDI
-
Hava nə vaxt düzələcək?
-
“Araz-Naxçıvan” 10 futbolçu ilə yollarını ayırdı
-
Rusiya qapıları bağladı, Ermənistan üzünü Avropaya tutdu
-
72 kq arıqlayan məşhur aktrisa tanınmaz halda - FOTO
-
Əməkdar artist üzündəki dəyişikliyin sirrini AÇIQLADI
-
ABŞ Müdafiə Nazirliyindən media ilə bağlı sərt qərar
-
"Gangnam Style"nin ifaçısı saxlanıldı





