“Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə!"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əli Mirəliyevin açıqlamaları yenidən müzakirə mövzusu olub.
Milli.Az xəbər verir ki, müğənni Əli Mirəliyev səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Sənətçi bəzi tanınmış ifaçıların yaradıcılığı ilə bağlı sərt mövqe ortaya qoyaraq onları müğənni kimi qəbul etmədiyini bildirib. O, müasir musiqi mühitində təqdim olunan bəzi sənətçilərin ifalarını tənqid edib və bu məsələyə münasibətini açıq şəkildə ifadə edib.
Əli Mirəliyev həmçinin meyxana və estrada sənəti arasındakı fərqlərə toxunaraq, hər sahənin öz çərçivəsi olduğunu qeyd edib. O, bəzi ifaçıların təqdimat formasının tamaşaçı zövqünə təsir göstərdiyini düşündüyünü vurğulayıb.
Müğənni çıxışı zamanı mərhum bəstəkar Ramiz Mirişli ilə söhbətini də xatırladıb. Onun sözlərinə görə, Ramiz Mirişli vaxtilə ona Üzeyir Hacıbəylinin sənətlə bağlı məşhur fikrini çatdırıb. Əli Mirəliyev bildirib ki, bu yanaşmaya əsasən sənət adamları xalqın zövqünə enmək deyil, tamaşaçıların zövqünü daha yüksək səviyyəyə qaldırmaq üçün çalışmalıdırlar:
"Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə! Balaəli meyxanaçıdır, onu müğənni hesab etmək düzgün deyil. Camaatı bu günə salıblar, onları təqdim edirlər, insanlar da baxırlar. O vaxtlar yeni-yeni qalmaqallı fikirlər səsləndirməyə başlamışdım. Ramiz Mirişli mənə dedi ki, Üzeyir bəy Hacıbəyov vaxtilə belə deyib: "Xalqın zövqünə enməyin, xalqı öz zövqünüzə qaldırın. Onların zövqünü korlamayın. Bu sözü Tofiq Quliyev eşidib Ramiz Mirişliyə danışıb, Ramiz müəllim də mənə çatdırıb. Mən də bu fikirləri hər zaman insanlara deyirəm".
Sənətçinin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamalarına fərqli münasibət bildirərək mövzu ətrafında çoxsaylı rəylər yazıblar.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





