Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akademik Milli Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Konya Beynəlxalq Teatr Festivalında iştirak edir.
İyunun 2-də festivalın rəsmi açılış mərasimi olub. Türkiyə Dövlət Teatrlarının Baş direktoru Tamer Qaradağlı ilə Akademik Milli Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın bir sıra aktyorlarının görüşü keçirilib.
Görüşdə hər iki ölkənin Mədəniyyət Nazirliklərinin dəstəyi ilə Türkiyənin Dövlət Teatrları və Akademik Milli Dram Teatrı arasında əməkdaşlığın qurulması yüksək qiymətləndirilib. Bu ilin martın 10-da Bakıda Milli Teatr Günündə türkdilli ölkələrin milli teatrlarının, eləcə də Türkiyə Dövlət Teatrlarının iştirakı xatırladılıb. Akademik Milli Dram Teatrının bu təşəbbüsünün ümumtürk teatr mədəniyyətinin inkişafına xidmət edən gözəl nümunə olduğu qeyd edilib. Gələcək inkişafla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı iyunun 3-də Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında hazırlanmış "Kral Lirin faciəsi" tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır.
Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
XƏBƏR LENTİ
-
Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI - VİDEO
-
“Qarabağ” Pedro Bikalyo ilə bağlı QƏRARINI VERDİ
-
Bir neçə dəqiqəyə şəhər "YOX OLDU" - VİDEO
-
Mühafizəçisi öldürülən Dilan Polata daha bir ZƏRBƏ
-
Müharibələrin yaratdığı dərin böhranları güclü iqdisadiyyat deyil, güclü liderlər həll edir - FOTO
-
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
-
Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı
-
Bu meyvəni səhər yeyin, ürəyiniz sağlam olacaq
-
"Şükür edin ki, 50 yaşım bu ağılda, bu gözəllikdə QALMIŞAM"
-
“Apple”dan şok qərar: Milyonlarla iPhone...
-
Əhaliyə silah paylanıldı: ABŞ-nin hücumuna HAZIRLAŞIRLAR
-
“Qarabağ”ın loqosu Braziliya küçəsində - FOTO
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
Bu ərazimizə qar yağdı
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mbappe Fransa yığmasının məşqindən GETDİ - Nə baş verir?
-
8-ci mərtəbədən 5-ə YIXILDI - Təhlükəli anlar - VİDEO - FOTO
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi





