Dənizkənarı evlər bahalaşıb: Qiymətlər 1 milyonu keçdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümünün yaxınlaşması ilə dənizkənarı ərazilərdə yerləşən evlərə maraq yenidən artıb. Xüsusilə Bakıətrafı qəsəbələrdə yerləşən bağ evləri və villalar həm istirahət, həm də investisiya məqsədilə alıcıların diqqət mərkəzindədir. Əmlak bazarı iştirakçılarının sözlərinə görə, 2026-cı ildə çimərliklərə yaxın evlərin qiymətlərində ötən illə müqayisədə artım müşahidə olunur.
Milli.Az-ın araşdırmasına görə, 2025-ci illə müqayisədə dənizkənarı ərazilərdə fərdi yaşayış evləri və villaların qiymətləri orta hesabla 5-15 faiz arasında bahalaşıb.
Artımın əsas səbəbləri torpaq sahələrinin məhdudluğu, tikinti materiallarının bahalaşması, eləcə də sahilyanı ərazilərdə yeni turizm və infrastruktur layihələrinin həyata keçirilməsidir.
Ən yüksək qiymətlər ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran qəsəbələrində qeydə alınır. Hazırda Mərdəkanda 4-6 sot torpaq sahəsində yerləşən, orta təmirli bağ evlərinin qiyməti 250-400 min manat arasında dəyişir. Premium seqmentdə yer alan hovuzlu və müasir dizaynlı villalar isə 600 min manatdan başlayaraq 1 milyon manatdan yuxarı qiymətlərə təklif olunur. Halbuki 2025-ci ildə eyni tipli evlərin böyük hissəsi 220-350 min manat aralığında satılırdı.
Şüvəlan qəsəbəsində də oxşar dinamika müşahidə edilir. Burada standart bağ evlərinin qiyməti hazırda 220-450 min manat arasında dəyişir. Dənizə yaxın, geniş həyətyanı sahəsi olan villaların qiyməti isə 700-800 min manata qədər yüksəlir. Ötən il eyni kateqoriyadan olan evlər təxminən 10 faiz daha aşağı qiymətə təklif olunurdu.
Bilgəh və Nardaran istiqamətləri son illərdə alıcıların ən çox maraq göstərdiyi ərazilərdən biri hesab olunur. Bu ərazilərdə dənizə yaxın yerləşən evlərin qiyməti əsasən 180-500 min manat arasında dəyişir. Birinci xəttdə yerləşən və ya şəxsi çimərliyə çıxışı olan villaların qiyməti isə milyon manat həddini keçə bilir.
Son illərdə xüsusilə "Sea Breeze" və ətraf ərazilərdə həyata keçirilən iri layihələr də bazara təsirsiz ötüşməyib. Bu istiqamətdə yerləşən villalar və townhouse tipli evlərə tələbat artdığından qiymətlər də yüksəlib. Əmlak bazarı iştirakçılarının sözlərinə görə, bəzi layihələrdə qiymətlər bir il ərzində 15-20 faizədək bahalaşıb.
Sahilyanı ərazilərdə torpaq ehtiyatlarının məhdud olması qiymət artımını dəstəkləyən əsas amillərdən biridir. Bundan başqa, ölkədaxili turizmin inkişafı, yay mövsümündə kirayə bazarının aktivliyi və dənizkənarı evlərin gəlir gətirən investisiya alətinə çevrilməsi də bazardakı qiymətlərə təsir göstərir.
Mütəxəssislərin proqnozlarına görə, yay aylarında satış bazarında aktivliyin daha da artacağı gözlənilir. Bu səbəbdən çimərliklərə yaxın ev almağı planlaşdıran şəxslərin qərarlarını gecikdirməmələri tövsiyə olunur. Çünki mövsümün pik dövründə həm tələbatın, həm də qiymətlərin daha da yüksəlməsi mümkündür.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
XƏBƏR LENTİ
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff





