2 günlük gecikməyə görə 20 min manat cərimə İDDİASI - İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şərur MTK ödənişi iki gün gecikdirən şəxsi 20 min manat cərimələyib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında qeyd edib.
"Zabit tanışımız zəng edib, Şərur MTK-dan ilkin ödənişi 9500 manata olan ev aldığını bildirdi. Lakin 2 gün gecikməyə görə Şərur MTK həmin şəxsi 20000 manat cərimə etmişdi. Gedib MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb məsələni həll etməyə çalışdıq. İsfəndiyar bəy bizi xoş qarşıladı. Daha sonra sənədləri alıb, qeydlər apardı və cəriməni sildiyini dedi. Ancaq biz mühasibata yaxınlaşıb, cərimənin silindiyini və ödənişi etmək istədiyimizi bildirəndə, xanım 20 000 manat cərimənin silinərək, 25 000 manat yazıldığını qeyd etdi", - Əbilov bildirib.
Şərur MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova saytımıza açıqlamasında Amil Əbilovun sosial şəbəkə hesabında İsfəndiyar Axundov və Şərur MTK ilə bağlı həqiqəti əks etdirməyən məlumat yaydığını deyib:
"Videoda qeyd olunan evin qazi və ya hərbçi ilə heç bir bağlılığı yoxdur. Mənzil sahibi tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozduğuna görə şirkət tərəfindən xəbərdarlıq alıb və buna baxmayaraq, şirkətə 3 ay ərzində heç bir ödəniş edilməyib. Daha sonra həmin şəxs müqaviləyə xitam verilməsi üçün dəvət olunub. Bu zaman bir dəstə hərbçi və qazi birlikdə İsfəndiyar Axundova yaxınlaşıb, mənzilin qaziyə aid olduğunu bildiriblər. O da öz köməkliyini göstərib, şəxsin borcunu silib. Sonradan məlum olub ki, mənzil sahibi nə qazi, nə də hərbçidir və qazi adından istifadə edərək İsfəndiyar Axundova yalan danışıb. Buna baxmayaraq, həmin şəxs cərimə olunmayıb. 20 000 manat borcun yaranması və həmin borcun 5000 manat artırılması həqiqəti əks etdirmir".
İsmayılovanın sözlərinə görə, həmin şəxs aylıq ödənişləri hazırda da həyata keçirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
Babək prospektində şadlıq sarayının qarşısında kütləvi dava - VİDEO
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
-
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol"
-
Zelenski Londonda kralla görüşdü
-
Sosial media və uşaqlar: Yeni qanun qaçılmazdır
-
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama
-
10 məşhurun narkotik testi müsbət çıxdı
-
Bakının bəzi ərazilərində qaz kəsiləcək - YENİLƏNİB
-
İranda bütün uçuş məhdudiyyətləri ləğv edilib





