Kim nə yazsa adını posmodernist əsər qoyur. Əslində isə əsərin hər hansı bir cərəyana aid edilməsi üçün gərək onun həmin cərəyanın tələblərinə və şərtlərinə cavab verə.
Biz hələ mahiyyət etibarı ilə realizmdən qurtula bilməmişik, əsərlərin çoxu realist əsərlər olsa da postmodernizm adı ilə oxuculara təqdim olunur. Məsələyə bir çox qələm adamlarının münasibətinin öyrəndik.
Sizcə nəyə görə bizdə daha çox realist əsərlər yazılır və postmodernist əsər adı ilə təqdim olunanların çoxu da məhz realizmdən qabağa getmir?
Aslan Quliyev:
Realist əsərlərin çox yazılmasının əsas səbəbi isə bizim hələ sosialist realizminin təsirindən bütünlüklə yaxa qurtarmamağımızda, gənc nəslin dünya ədəbiyyatını öyrənməsi üçün dil baryerinin olmasındadır. Müasir nəsri izləməyən, oxumayan, nəsrdə nələr baş verdiyindən xəbəri olmayan birisi müasir nəsrin tələblərinə cavab verən əsər yaza bilərmi?
Ya da dərsliklərdə, qəzetlərdə, ədəbi auditoriyalarda, televiziya və radiolarda ancaq və ancaq klassiklər, bir də 60-cılar nəsri təbliğ, tədris edildiyi bir vaxtda, realizmin təsirindən qurtarmaq olarmı? Bir qayda olaraq gənc nəslin beyninə realistik elmi dünya görüşü yerləşdiririk, sonra da çiyinlərimizi çəkirik. Nələr olur, bu adamlar niyə ancaq realist əsərlər yazırlar?
Bəs nə yazmalıydılar? Onun gördüyü, duyduğu, hiss elədiyi budur. Başqa cür düşünə, yaza bilməz.
Elə buna görə də bizim şüurumuz, təxəyyülümüz, ədəbi istedadımız dünyanı heyrətləndirəcək, dünyanın şüur, düşüncə mərkəzinə nüfuz eləyə biləcək əsərlər yaratmağa qadir deyil. Nə qədər acınacaqlı olsa da bu belədir. Bir anlığa yalnız danışmağa imkan verən köhnə cib telefonlarını xatırlayaq. Daşın üstünə qoyub çəkiclə əzsək də, bu telefonun funksiyaları şəkil çəkməyə, səs yazmağa, internetə qoşulmağa və sairə imkan verməyəcək. İmkan verməsi üçün onun müasir funksiyaları olmalıdı. Ona müasir funksiyalar yüklənməli, yeni imkanlar verən vasitələr yerləşdirilməlidir. İstedadımıza, şüurumuza da eləcə.
Yuxarıda xatırlatdım, bu mənim fikirlərimdir, tam əksini düşünənlər də var. Məsələn Həmid Herisçi deyir ki, Azərbaycana postmodernizmi mən gətirdim, mən də aparıram, amma hara apardığını da demir. Tapaq, qaytaraq əvvəlki yerinə. Adam bir kimsəyə xəbər vermədən, demədən, postmodernizmi götürüb gedibsə, sizcə gənc nəsil neyləməlidi, başlıcası isə postmodernizm əsəri necə yazmalıdı? Biz ona seçim imkanı tanımamışıq, yalnız realizmi təqdim eləmişik, buyur, demişik, yaz. O da realist əsərlər yazır. Bunca sadə.
Modernizmlə postmodernizmin fərqini bilmədiyimizə görə də postmodernizm adı altında yazdığımız əsərlərin çoxu məhz realist nəsrin nümunəsi olur. Biz hələ ki, realist nəsri yazırıq, Azərbaycanda senzura götürüləndən sonra sosialist realizmi öz yerini realist nəsrə verib. Yazıçılarımız bir qayda olaraq gördüklərini, eşitdiklərini yazırlar, nə istedadlarını, nə də təxəyyüllərini zora salmırlar. "Həsən, salam.
Salam, Aydın. Necəsən? Yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam". Sonra da Həsən başına gələnləri Aydına danışır, lap sonra da Aydın Həsəni düşdüyü vəziyyətdən çıxartmağa çalışır. Və beləcə də davam eləyir. Buyur, bu da sənə bütöv bir roman! Doğrudu, fərqli süjetlər də olur. "Sən qatilsən! Yox, mən qatil deyiləm! Yox, qatilsən! Hardan bilirsən? Gözümlə gördüm!" Romanın yarıdan çoxu gedir adamın qatil olub olmadığını araşdırmağa, sübut eləməyə. Adam and-aman eləyir, qatil deyiləm, di gəl yazıçı həmkarımız onun yalvarışlarına qulaq asmır, qatil olduğunu zorla boynuna qoyur.
Bəs sonra nələr olur? Tənqidçi qardaşlarımız bu əsəri postmodernizmin ən yüksək zirvəsi hesab eləyirlər. Türkiyədə, Rusiyada rezonans yaratdığını iddia eləməkdən də çəkinmirlər. Belə bir mühitdə yaxşı əsər yarana bilərmi? Heç olmaya onu düşünmürük ki, iki nəfərin bir-biri ilə hal-əhval tutması, bir-birinin ittiham eləməsi müasir oxucu üçün çoxmu maraqlıdı?
Şüur işləməlidi, təxəyyül işləməlidi, realist sərhədlər, məhdudiyyətlər götürülməlidi, tipik düşüncə tərzi aradan qaldırılmalıdı, azından yazıçı müasir oxucunun düşüncəsinə nüfuz eləyə biləcək üslub, yaradıcılıq oyunu, yazı tərzi haqda düşünməlidi. Sözdə realizmi və əvvəlki nəsri inkar eləyib, əməldə elə həmən nəsri təkrarlamaq, az qala surətini çıxartmaqla heç nəyə nail olmaq olmaz.
Əsəd Qaraqaplan:
Məncə, insanlar öz içlərini ortaya qoymaqdan qorxurlar. Çünki onların içində dəhşətli şeylər var və onlar üzə çıxsa, onda onlar ətrafa baxa bilməzlər. Daha doğrusu, baxmağa cəsarət etmirlər. İndi yazılan əsərlərdə demək olar ki, insanımızın içi yoxdu, ancaq çölü və zahiri həyatı var. Bu, əsl faciədi. Ona görə də biz oxucuları da yazdıqlarımıza inandıra bilmirik hələ. İçin ortaya qoyacağı səmimiyyət yazarlarımızı bir növ kor edib.
Bu, həm də yazarın ətrafın basqısından qurtula bilməməsindən doğur. O yaradıcı yox, adam olmağı və ətraf tərəfindən sevilməyi üstün tutur çox vaxt. İçlə yazılan mətnlər həm də heç bir cərəyana aid edilə bilməz, yəni o həm də özündə bütün cərəyanları ehtiva edir. Bütün bunlar olan yerdə ancaq "realistik ədəbiyyat" ola bilər ki, bu də əsl reallıqdan çox uzaqdı. Əsl reallıqsa insanın içindədi. Postmodernizm haqqında məncə ancaq ədəbiyyatşünaslar düşünməlidi, yazarlar yox.
Çünki bütün cərəyanlar ədəbiyyatşünasların uydurması və öz işlərini asanlaşdırmasıdı. Həm də yazarımızın həyatı o qədər bərbad və yaşantılardan uzaqdı ki, buna görə onu qınamaq da olmur çox vaxt. Həqiqi yaşantılar yaşaya bilməyən, hətta sevə bilməyən bir yazar anormal və impotent ruha və düşüncəyə sahib olur. Buna görə də onun yazdıqları reallıqdan uzağa getmir.
Sərraf Balaxan:
Realist əsərlər o zaman meydana çıxır ki, həmin əsərin yarandığı mühitdəki problemlər yazarı mənəvi cəhətdən məsuliyyətli olmağa çağırır. Bu problemlərin həllinə kömək etmək istəyən yazarın onları oxucuya təqdim etməkdən başqa bir yolu yoxdur.
Bu durum yüz il öncə də Azərbaycan ədəbiyyatında da var idi. O zaman da qələm sahibləri məhz realist üsluba böyük yer verməklə, insanları qarşılaşa biləcəyi təhlükələrdən xəbərdar edir, deqradasiyaya məruz qalmaq ehtimalı böyük olan dəyərlərin qorunması üçün çalışırdılar.
Məncə belə bir narahatlıq indi də vardır, buna görə də yazılan əsərlər, yaradılan qəhrəmanlar, müəllifin özündən xəbərsiz realizmə meyllənir.
Yazılan mətnlərin postmodernist əsər kimi təqdim edilməsində isə iki əsasın olduğunu deyə bilərik. Birincisi, postmodern üslubda yazılan dünya ədəbiyyatının Azərbaycana ayaq açması nəticəsində, yazarların onlardan yararlanaraq öz mətnlərinə üslubun texniki detallarını əlavə etməsi, ikincisi isə, yazarların "posmodernist" sözündən dəbdə olan, cazibədar söz kimi yararlanmaq cəhdi.
"Kaspi"
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə oxusu: Niyə yazarlarımız realizmdən xilas ola bilmirlər?
24 Oktyabr 2012 00:30
0 Şərh
Baxış: 459

DİGƏR XƏBƏRLƏR
-
Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib - FOTO
-
Moris Ravelin 150 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
-
Bakıda "Gürcüstanın səsləri" konsert şousu təqdim ediləcək
-
“AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
-
“Kontrabas” festivaldan mükafatlarla qayıtdı - FOTOlar
-
"Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya keçirilib - FOTO
XƏBƏR LENTİ
-
11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU
-
Sürücü başqadır, maşın başqa? – AYNA taksi saxtakarlıqlarına qarşı hərəkətə keçdi!
-
"Qarabağ"ın bombardir hədəfi – Manfredas Ruzgis yoldadır! - FOTO
-
AMB yeni məzənnələri açıqladı: Avro ucuzlaşdı, rubl bahalaşdı, dollar isə...
-
Arda yeni klubunda bu qədər maaş alacaq
-
Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı - VİDEO
-
Bu ixtisaslarda keçid balı qalxacaq - AÇIQLAMA
-
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO
-
Talıb yeni doğulan qızı ilə - FOTO
-
Bakı metrosunda veyp xəbərdarlığı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Niyə Venera digər planetlərdən fərqli olaraq əks istiqamətə fırlanır?
-
Röya Ayxan qırmızı xalıda - VİDEO
-
Gündəlik saçını düzləşdirən xanımların NƏZƏRİNƏ: Bu xəstəliyi tapa bilərsiz
-
Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar - SİYAHI
-
Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi
-
Məşhur müşənni bu yayın trendini göstərdi - Bu ətəklər yenidən dəbdədir - FOTOlar
-
Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə
-
"Google"dan ciddi xəbərdarlıq: "Bu mesajı açmadan dərhal silin" - FOTO
-
"Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"
-
Avropa Liqasının rəmzi komandası açıqlandı
-
İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq
-
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası - yenilənib
-
Canlı efirə müğənninin elə FOTOsunu göndərdilər ki... - studiyadan getdi - VİDEO