Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramının növbəti ünvanı Lənkəran şəhəri olub.
Milli.Az xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi aprelin 20-də Lənkəran şəhər Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teatrın Estrada-Simfonik Orkestri və solistlərin ifasında Rafiq Babayevin "Parafraz" əsəri, eləcə də "Əhməd haradadır?", "Dədə Qorqud", "Babək", "Bəxt üzüyü" kimi məşhur Azərbaycan filmlərindən seçilmiş musiqi nömrələri səsləndirilib. Bundan əlavə, Rauf Hacıyev, Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi və Eldar Mansurovun qəlboxşayan bəstələri ifa olunub.
Konsertdə Xalq artisti Gülyaz Məmmədova, İlhamə Qasımova, Taleh Yəhyayev, Ayşən Mehdiyeva, Rövşən Qəhramanov, Aynur İsgəndərli, Natəvan Quliyeva, Fəxri Kazım-Nicat və digər solistlərin mahir ifaları musiqisevərlərə unudulmaz sənət zövqü bəxş edib.
Lənkəranın məşhur "Nənələr" folklor xalq kollektivinin orkestrin müşayiəti ilə çıxışı isə musiqili gecəyə xüsusi rəng qatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
“Klassik Musiqi Zamanı” layihəsi çərçivəsində “Dünya dillərində musiqi” adlı konsert keçirilib – FOTO
-
“Küləklər şəhərinin salnaməsi" XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı adlı sərginin açılış mərasimi keçirilib - FOTO
-
O filmdə danışan Nəsibə Zeynalova deyilmiş... - VİDEO
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
XƏBƏR LENTİ
-
Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı





