Güclü yağışdan sonra Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Əlibəyli kəndini su basıb və bir neçə ev su altında qalıb.
Yol kəsildiyi üçün polis əməkdaşları traktorun qoşqu vasitəsinə əyləşərək vətəndaşlara köməyə gediblər.
Milli.Az





