Kür çayı Zərdabı ağuşuna aldı: Evlər su altında qaldı - VİDEO - FOTO

21 Aprel 2026 19:55

Güclü yağışdan sonra Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Əlibəyli kəndini su basıb və bir neçə ev su altında qalıb. 

Yol kəsildiyi üçün polis əməkdaşları traktorun qoşqu vasitəsinə əyləşərək vətəndaşlara köməyə gediblər.

Milli.Az