İki idarədə nöqsanlar aşkarlandı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.
Milli.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.
Eyni zamanda, 2024-cü ildə Fondun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.
Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.
Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.
Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.
Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
--------
Milli Arxiv İdarəsində 253,7 min manatlıq iş vaxtında (10 oktyabr 2025-ci ilə qədər) tamamlanmayıb, cərimə tətbiq edilməyib.
Milli.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit zamanı müəyyən olunub ki, işlərin 10 ay gecikməsinə baxmayaraq, icraçı şirkətə tətbiq edilməli olan 25,37 min manat cərimə təmin edilməyib.
Sözügedən vəsait düzgün uçota alınmayaraq "verilmiş qısamüddətli avanslar" hesabı əvəzinə "sair məsrəflər" subhesabına silinib.
Palata gecikdirilmiş xidmətlərə görə icraçı şirkətə cərimə tətbiq edilməsi, eləcə də işin dəyərini əks etdirən vəsaitin düzgün uçota alınması üçün müvafiq mühasibat düzəlişlərinin aparılmasını təklif edib.
Bundan əlavə, audit nəticələrinə əsasən, lazımi sənədləri qaydasına salan Mərkəzin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının vaxtında təqdim olunmaması konsolidə edilmiş maliyyə göstəricilərinə təsir edib. Nəticədə "Birja əməliyyatlarından gəlir" maddəsi 505 468 manat, əməkhaqqı və işçilərlə bağlı digər xərclər isə 450 407 manat az əks etdirilib.
Hesablama Palatasının tövsiyələrində qeyd olunub ki, Milli Arxiv İdarəsi üzrə bağlanmış müqavilələr üzrə öhdəliklərin tam və vaxtında yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir. Həmçinin alt qurumlarda maliyyə hesabatlarının hazırlanması, analitik və sintetik uçotun təşkili, eləcə də büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının düzgün tərtibi istiqamətində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Şəhid yoldaşı ali məktəbə qəbul oldu
-
Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)
-
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım - (Foto)
-
“Bəşəriyyət yox olur”
-
"Qalatasaray" axtardığı hücumçunu bundesliqada tapdı
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar - (Foto)
-
“Uzak Şehir”in 60 yaşlı aktrisası paraşütlə təyyarədən atıldı - (Video)
-
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə sərt xəbərdarlıq
-
Xameneinin ən son görüntüləri yayıldı - (Foto)
-
Yevlaxda minik avtomobili motosikletlə toqquşdu: 71 yaşlı sürücü öldü
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Şəhid anası tələbə adını qazandı - (Foto)
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Qızılın qiyməti son ayların rekordunu yenilədi
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Robert Köçəryan saxlanıldı
-
“Sabah” bu gün cavab oyununa çıxacaq
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Qayınata kürəkəni tərəfindən öldürüldü - Ağdamda qətl
-
Paytaxtın bu küçələrində tıxac var
-
İntiqam Kərimova ağır itki - (Video)





