Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 21-də Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.
Milli.Az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, "Harmony of Chaos" animasiya və vizualizasiya studiyası və "BBQ Marketing and Events" Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.
"Harmony of Chaos" animasiya və vizualizasiya studiyasının rəhbəri, "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib. O bildirib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər.
"Hədəfimiz uşaqlara tariximizi rəngarəng macəralar və maraqlı hadisələr vasitəsilə sevdirməkdir",- deyə A. İbrahimov söyləyib.
Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
"Şamaxı macəraları" adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək, Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.
Animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov bildirib ki, bu cür layihələr uşaqlarda Azərbaycana olan sevgini daha da artıracaq. "Qədim Şamaxının tarixi barədə olan bu 10 dəqiqəlik animasiya filmi üzərində 10 aydır işləyirik. Ekran işi maraqlı vizual həlli ilə uşaqların diqqətini cəlb edəcək", - deyə o əlavə edib.
Animasiya filmində 3D animator kimi çalışan Rüfət İsmayılov isə deyib ki, cizgi filminin ərsəyə gəlməsi həm maraqlı, həm də əyləncəli olub. O, qeyd edib ki, "Sirli xəritə" animasiyası serialdır və davamlı olacaq.
"Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək, qədim adət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanın digər mədəniyyət guşələrinə həsr olunacaq", - deyə o diqqətə çatdırıb.
Dinamik şəkildə hazırlanan filmdə personajların səsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirmək məqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
XƏBƏR LENTİ
-
“Sabah” “Zirə”yə qarşı - Start heyətlər açıqlandı
-
Bakının mərkəzi küçələrindən biri 2 günlük bağlanır
-
PSJ "Real Madrid"in oyunçusunu istəyir
-
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq
-
“Çakır”dan üzücü xəbər
-
Dünyanın ən isti 50 şəhəri bir ölkədə toplandı
-
Gəncədə yaşayış binasında yanğın olub - FOTO
-
Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
-
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
-
Arvadı Makronu təyyarədə sillələdi
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO





