Usta Zeynalabdin Nəqqaş
XIX əsr ədəbi mühitinin formalaşmasında mühüm rol oynayan ədəbi məclislər bir çox qələm sahiblərinin yetişməsinə də yol açmışdır. Belə məclislərdən biri 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" idi ki, həmin məclis Azərbaycan ədəbiyyatına neçə-neçə unudulmaz qələm sahibi bəxş etmişdir. Mənbələrin yazdığına görə, bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. Ordubadın naibi-canişini olan Şeyxəli xan şeir və sənət aləminə maraq göstərdiyi üçün orada belə bir ədəbi məclis yaranmasına dəstək vermişdir.
O dövrdə Azərbaycanın ən məşhur ədəbi məclislərindən biri olan "Əncüməni-şüəra"nın 25-ə yaxın üzvü və bir çox həvəskar dinləyicisi vardı. Fəqir Ordubadi, M. T. Sidqi, Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, Usta Zeynalabdin Nəqqaş, Hacı Molla Hüseyn Bikəs, Məşədi Həsən Dəbbağ, Əhməd Ağa Şəmi, Məşədi Möhsün Saətsaz, Kəblə Əliqulu Müznib, Ağa Rəsul Əttar, Məhəmmədqulu Salik, Aslanxan Kövhər, Nədim və başqaları məclisin fəal üzvləri olmuşlar.
Bu məclisin ən istedadlı üzvlərindən biri də Usta Zeynalabdin Nəqqaş idi. Ləqəbindən göründüyü kimi, o, şairliklə yanaşı, nəqqaşlıq sənəti ilə də məşğul olmuş və öz peşəsi ilə əlaqədar əsərlərində də bu təxəllüsü işlətmişdir. Onun əlinin əməyi olan nəqş və rəsmlər Ordubad, Naxçıvan, Tbilisi, Təbriz və başqa şəhərlərdə indi də mühafizə edilib saxlanmaqdadır.
"Əncüməni-şüəra" ədəbi məclisinin üzvləri yaradıcılıq prinsipi etibarı ilə iki yerə bölünürdülər. Bunlardan bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli, Qövsi Təbrizi kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam və inkişaf etdirirdi. İkinci bir qismi isə M. P. Vaqif, Heyran xanım, Q. Zakir, B. Şakir, Bakıxanov Qüdsi və başqa realist sənətkarların ədəbi irsindən bəhrələnərək zamanın tələbinə uyğun aktual məsələlərə müraciət edirdilər. Onların yaradıcılığında maarifçiliyə və realizmə meyl daha qüvvətli idi. Bu cəhətdən məclisin M. T. Sidqi, Fəqir Ordubadi, Qüdsi Vənəndi, Məhəmmədqulu Salik, Nəqqaş, Aslanxan Kövhər kimi üzvləri xüsusilə fərqlənirdilər.
Yadigar əl işləri və həm könül işləri...
Kərbəlayı Zeynalabdin Əbu Səid oğlu Usta Zeynal Nəqqaş 1829-cu ildə anadan olmuşdur. Məşhur xəttat, nəqqaş və şair kimi tanınmışdır. Onun Naxçıvanda "Xan sarayı", Bakıda H.Z.Tağıyevin ev muzeyi (indiki Tarix muzeyi), Təbrizdə, Ordubadda "Came" məscidi, Məşədi Tağının evi, Əylis, Vənənd kəndlərində bəzi evlərdə işlədiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin "Malik Ibrahim" qəbiristanlığındakı dağa bitişik "Qara pir"də işlədiyi nəqş, XIX əsrin axırlarında Iran şahının Ordubada gəlişi ilə əlaqədar "Came" məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə işlədiyi "Şiri xurşid" gerbi ən maraqlı nümunələrdəndir. Bu zərif əsərlər indiyədək qalmaqdadır.
Şahidlərin yazdıqlarına görə, Usta Zeynal Nəqqaş özünün bir sıra fərdi xüsusiyyətlərinə görə məclisin digər üzvlərindən fərqlənirdi. Əgər Əhməd Ağa Şəmi və Məşədi Həsən Dabbağ sırf qəzəlçi və nəzirə yazan təlqlidçi şairlər olaraq qalırdılarsa, Usta Zeynal Nəqqaş dövrünün nəbzini tutaraq, realizm ənənələrini inkişaf etdirməklə yaradıcılığında çox fərqlənirdi.
El arasında "qızıl əlli nəqqaş" kimi tanınan Usta Zeynal şeir məclislərində daha çox məşhurlaşıb. Zəmanəsinin nöqsanlarını hədəf alan, insanları düz yola, faydalı olmağa çağıran şair "Nə bilim"adlı satirik şerində deyirdi:
Gedib əyyami-vüsalın, olacaqmış belə hicr, Həsrətin paki ölüncə qalacaqmış, nə bilim?
Məni biçariyə varmış bu xəyalın fələkin, Zülm əlilə belə viran olacaqmış, nə bilim?
M.S.Ordubadinin Azərbaycan Dövlət Əlyazmalar fondunda saxlanılan "Tərcümeyi-halım"da Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var.
1838-ci ildə Ordubadda təşkil edilmiş "Əncümənü-şüəra" ədəbi məclisi məlum olmayan səbəblərdən dağılır və fəaliyyəti pozulur. Bu haqda pedaqoji elmlər doktoru, professor İIbrahim Mollayev yazırdı:
"1863-cü ilin əvvəllərində "Əncümənü-şüəra" Ordubadda ikinci dəfə Şıxəli Naibov tərəfindən yaradılır və öz ətrafına bir sıra ziyalılar toplayır... Məclisin məşğələləri çox vaxt M.T.Sidqinin, bəzən də Usta Zeynal Nəqqaşın evində keçirilərdi. Sonralar isə "Qeysəriyyə-Zorxana" adlanan abidədə keçirilərdi".
"Qılmısan dəhrdə hər əbləhi insan qara pul..."
Məclis xeyli müddət XVII əsrə məxsus memarlıq abidəsi olan "Qeysəriyyə"də fəaliyyət göstərib. Sonrakı dövrlərdə Zorxana kimi istifadə olunan bu yer qələm sahiblərinin fəaliyyətinə yenidən stimul verib.
Nəqqaşın şerləri bir sıra abidələrin divarlarında əks olunub. Onun Ordubaddakı "Came" məscidinin divarına yazdığı beytlər belə səslənir:
Yaran, bu dəhri-dun biz ilə məcrası var, Çox xanələr xərab eyləyib, müddəası var.
Aldanmayın bu çərxi-cəfaçü əcuzinə,Yoxdur vəfası, şərmi, nə də həyası var.
Keçməz o qədər biz də bu dünyada qalmarıq,
Qafil oturmaym, nə də edərsiz cəfası var.
Bu büqəyü-şəriflə Nəqqaşı yad edin, Ənbabdan həmişə dua iltiması var.
Şair satirik şerlərində dövrünün nöqsanlarını, naqisliklərini cəsarətlə tənqid edirdi. Günlərin birində Mirzə Mehdi xanla üz-üzə gəlir və ədəb-ərkanla ona salam verir. Ancaq xan onun salamını almır və ötüb keçmək istəyir.
Nəqqaş deyir:
Ey, ali süfyan dövlətindən geydiyin narıncıdır, Bəs ki, nar əhlisən, axır sizi nar incidir...
Zeynalabdinin bu beyti xanın xoşuna gəlir və onun qoluna girib xeyli söhbət edir. Bu gün şairin şeirləri və işlədiyi nəqşlərlə bağlı Ordubadın qocaman insanları arasında çox maraqlı söhbətlər dolaşır. Onun bir sıra yaradıcılıq nümunələri və heç bir yerdə nəşr olunmayan şerləri sonradan Ordubadda yaşayan nəvələri tərəfindən mətbuata açıqlanmışdır. Belə nümunələrdən biri də "Pul"dur:
Pücəba kimsələri qəhvənişin eyləmisən,
Qılmısan dəhrdə hər əbləhi insan qara pul.
Fasiqi faciri kəzzabi əziz eyləmisən, Mərifət əhli olub xakilə yeksan qara pul!
Usta Zeynalabdin Nəqqaş 1904-cü ildə vəfat etmişdir.
"Azadlıq"
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Qızıl əlli nəqqaş" şair
13 Avqust 2012 11:36
0 Şərh
Baxış: 1 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
-
Neftçala şəhərində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” uğurla başa çatdı - FOTO
-
Mədəniyyət Nazirliyində bu şöbə ləğv edildi
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Musiqi zarafat edir” adlı konsert proqramı keçirilib - FOTO
-
Nəsilləri birləşdirən musiqi: mart konsertlərinə baxış - FOTO
XƏBƏR LENTİ
-
Kartof qraten necə hazırlanır?
-
Ulduzsuz planetlərin peyklərində həyat ehtimalı güclənir
-
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
-
Ayaq və əllərdə göbələk varsa, belə edin
-
Albalının xərçənglə mübarizədə rolu
-
Çinlilər oyanandan sonra bunu edirlər
-
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
-
Ən etibarlı alman MAŞINLARI – SİYAHI
-
Yaşar Nuri və Rasim Balayevin unudulmaz rəqsi - VİDEO
-
“Onu xilas etmək üçün fövqəladə yeddi saat keçirdik” - Təxliyə planından danışdı
-
Hakan Çalhanoğlu "raket" qolla "İnter"i hesabda önə keçirdi - VİDEO
-
Verilişi bağlanan Zaur Kamal istirahətə yollandı - FOTO
-
"Fənərbaxça" "Beşiktaş"ı məğlub edib
-
Eldar Əzizov və Zaur Mikayılov Keşlədə evin söküldüyü yerə baxış keçirdilər - FOTO
-
Günün qoroskopu: Sosial çevrənizdə sözünüzün kəsəri artır
-
Limon duzu nədir, faydaları nələrdir?
-
Qarğıdalı partladarkən bu hiyləni mütləq edin
-
İngiltərənin lazer silahı gələn il istifadə ediləcək: "Sonsuz sursatı" var - FOTO
-
"65 yaşımdan sonra toylara getməyəcəyəm"
-
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
-
Marketlərdə meyvə-tərəvəz bölməsindəki güzgülər sən demə bu işə yarayırmış
-
Misirdə 3400 illik tabutdan "Simpsonlar" çıxdı
-
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurdu
-
Tələbə dəm qazından öldü





