Ulduzsuz planetlərin peyklərində həyat ehtimalı güclənir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kosmosda heç bir ulduza bağlı olmadan, qalaktikalar arasında özbaşına dolaşan planetlərin tamamilə "ölü dünyalar" olmaya biləcəyi irəli sürülüb. Yeni bir araşdırmaya görə, bu "avara planetlərin" ətrafında fırlanan bəzi peyklər qalın hidrogen atmosferi və daxili isinmə sayəsində milyardlarla il boyu maye suyu saxlaya biləcək şəraiti qoruya bilər.
Milli.Az xəbər verir ki, Almaniyadakı Maks Plank Yerdənkənar Fizika İnstitutunun astrofiziki Devid Dalbüddingin rəhbərliyi ilə aparılan tədqiqata görə, belə bir peyk nəzəri olaraq təxminən 4,3 milyard il ərzində yaşayış üçün əlverişli temperaturları saxlaya bilər. Bu müddət Yerin bugünkü yaşına olduqca yaxındır və sadə həyatın ortaya çıxması, hətta zamanla mürəkkəbləşməsi üçün kifayət qədər uzun bir vaxt kəsiyidir.
Alimlərin fikrincə, planetlər adətən ulduzların ətrafında formalaşır. Lakin gənc planet sistemlərində baş verən güclü qravitasiya nizamsızlığı səbəbindən bəzi planetlər sistemdən kənara atıla bilir. Bu şəkildə ulduzundan qopub kosmos boşluğunda dolaşan dünyalara "avara planet" deyilir.
Bu planetləri aşkar etmək çətin olsa da, təxminlərə görə kainatda hər ulduz başına 17-21 ədəd belə planet düşə bilər. Bu isə trilyonlarla başlı-başına dolaşan dünya deməkdir. Ən maraqlı məqam isə odur ki, yaşayış üçün əlverişli yer planetin özü deyil, onun özü ilə birlikdə apardığı peyki ola bilər.
Əslində həyat üçün maye su, su üçün isə ulduzdan gələn istilik lazımdır. Lakin ulduzu olmayan bir peykdə başqa bir istilik mənbəyi dövrəyə girə bilər: Qabarma-çəkilmə istiliyi.
Peyk planetin güclü kütlə cazibəsi səbəbindən daimi olaraq sıxılıb-boşalır (deformasiyaya uğrayır). Bu sürtünmə peykin daxili hissəsində istilik yaradır. Yəni peyk sanki "içəridən isinir".
Yaranan bu istiliyin kosmosa qaçmaması üçün peykin atmosferi onu tutub saxlamalıdır. Əvvəlki modellərdə bu rol karbon qazına (CO₂) verilirdi, lakin həddindən artıq soyuqda bu qaz donub çökdüyü üçün istiliyi uzun müddət saxlaya bilmirdi.
Yeni araşdırmada isə hidrogen atmosferi modelləşdirilib. Hidrogen hətta ifrat soyuqlarda belə qaz halında qalır və müvafiq təzyiq altında istiliyi effektiv şəkildə həbs edə bilir.
Hesablamaların nəticəsi:
Karbon qazı modeli: Maye su üçün əlverişli müddət 1,6 milyard il.
Hidrogen modeli: Maye su üçün əlverişli müddət 4,3 milyard il.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu görüntüsü ilə diqqət çəkdi - (Video)
-
Azərbaycanda qadınların pensiya yaşı artırıldı
-
Ukraynada 77 yaşlı azərbaycanlı dron zərbəsindən öldü - (Foto)
-
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
-
Çinin güclü zəlzələ oldu
-
DÇ-2026: Fransa və Meksika 1/8 finala yüksəldi
-
"Cəbrayıldakı evimizdən əsər-əlamət qalmayıb"
-
Emindən nostalji paylaşım: "Bir vaxtlar yay belə idi" - (Foto)
-
Nanopeyklərlə meşə yanğınlarını vaxtında aşkar edəcəklər
-
Ventilyator ayda nə qədər elektrik sərf edir?
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı





