Mədəniyyət

“Qış Nağılı” adlı yaradıcılıq sərgisinə qış səhnələrindən ibarət əsərlərin qəbulu elan olunur

23 Yanvar 2026 14:13
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyinini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə "Təbiətlə Təmasda Ol , Əsrarəngizliyi  Təsvir  Et!" şüarı altında "Qış Nağılı" adlı yaradıcılıq sərgisinə qış  səhnələrindən ibarət əsərlərin qəbulu elan olunur.

Təşkilatçılar: Azərbaycan Rəssamlar İttifaqı,
                                Azərbaycan Dövlət Rəsm Qalereyası,
                                Xətai  Uşaq Sənəti Qalereyası 
                                Xətai Sənət Mərkəzi

Dəstəkçilər:    Azərbaycan Dövlət Rəssamlıq Akademiyası       
                               Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i
                               Xətai rayon İcra Hakimiyyəti
                               Naxçıvan  Muxtar Respublikası Rəssamlar Birliyi

Tövsiyyə olunan mövzular:

Qış gecələri  səhnələri                          
Qış təbiəti
Qarın yaratdığı əhval-ruhiyyə
Qarlı səhnələr                                                                                                          Əhatəmdəki  qış mənzərəsi
Təbiətin qış yuxusu

Xəyallarımdakı qış səhnəsi

Əsər qəbulu üçün  son tarix: 20  fevral  2026-ci il
Əsərlərin qəbul ünvanı: [email protected]

İştirakçı anketi: 1 Əsərin fotosu:       2. Əsərin adı: ----------
                                  4. Təvəllüd:------------      3. Ölçü və texnika-----
                                  5.Əlaqə ----------------       6.Soyad, adı:----------
                                 7. Məktəb..............
Ölçü: 30x40 sm qədər 
Yaş həddi: 8-21 yaş arası
Seçilən 100 əsər sərgilənəcək.

Sərgidə  iştirak ödənişsizdir.
Sərgidən seçilən  30 əsər Xətai Uşaq Sənəti   Qalereyasında 3 həftə boyu sərgilənəcək.
Ölkəmizin təbiətini əks etdirən, duyğu və düşüncə məhsulu  olan  əsərlər görmək istərdik!
Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.

Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.