Mədəniyyət

Əminə Yusifqızı ilə vida mərasimi keçirilib - YENİLƏNİB - FOTO

10 Oktyabr 2025 13:50
Baxış: 1 154
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün 89 yaşında vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.

Trend xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutub.

Vida mərasimində mərhum sənətkarın yaxınları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak ediblər.

Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

xxx

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.

Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.

Asya
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.