Ötən gün 89 yaşında vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.
Trend xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutub.
Vida mərasimində mərhum sənətkarın yaxınları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak ediblər.
Mərasimdən sonra mərhumun nəşi dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
xxx
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək.
Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək.
Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.
Asya
Milli.Az