Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Barselonanın Palau Dalmases sarayında NARGIS jurnalının təşkilatçılığı ilə "Əlifba. A Cultural Alphabet" kitabının təqdimatına həsr olunmuş möhtəşəm mədəniyyət axşamı baş tutdu.
Dil, illüstrasiya və hekayə vasitəsilə Azərbaycanın mədəni irsini canlandıran bu unikal layihə Rabat, Doha, Berlin və digər şəhərlərdəki uğurlu təqdimatlardan sonra öz beynəlxalq mədəni səyahətini Barselonada davam etdirdi.
Gecə geniş auditoriyanı bir araya topladı - qonaqlar arasında Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin nümayəndələri, İspaniyanın aparıcı media qurumlarının təmsilçiləri, yaradıcı ziyalılar, tələbələr, gənclər və Kataloniyadakı Azərbaycan diasporasının üzvləri yer aldı. Tədbirin açılışında qonaqlara Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müraciət edərək onları salamladı.
"Əlifba. A Cultural Alphabet" Azərbaycanın əlifbası vasitəsilə mədəni irsə aparan bir səyahətdir. Hər bir hərf qədim memarlıq nümunələrindən və sənətkarlıq ənənələrindən tutmuş folklor obrazları və görkəmli şəxsiyyətlərə qədər milli kimliyin müxtəlif tərəflərini təqdim edir. Kitab həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub və Azərbaycanın zəngin mədəniyyətini dərindən tanıtmaq məqsədi daşıyır.
Layihənin ideya müəllifi və rəhbəri NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuddur. O, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə tanınır. Kitab 2019-cu ildə işıq üzü görmüş və o vaxtdan bəri müxtəlif ölkələri əhatə edərək bir neçə dilə tərcümə olunmuşdur.
Tədbirin qonaqları zəngin proqramdan zövq aldılar: Rəşad Ələkbərovun layihə üçün xüsusi olaraq yaratdığı "Welcome to Baku" adlı instalyasiya; "History in Letters" sənədli animasiya filminin nümayişi (film üzərində prodüser və rejissor Meran İsmayılsoy, ssenarist Ağamehdi Abidov, rəssamlar Kənan Şeyxzamanlı və Nərgiz Heydər çalışıblar); Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli geyimlərin nümayişi; milli mətbəximizin təamlarından ibarət qastronomik hissə; pianoçu Etibar Əsədli və tar ifaçısı Şəhriyar İmanovun iştirakı ilə keçirilən musiqi proqramı. Kitabın illüstrasiyaları tanınmış rəssam Orxan Hüseynova məxsusdur. Axşamın simvolik rəmzlərindən biri isə Teymur Qəribovun hazırladığı büllur kristal idi - bu incə əsər saf dəyərlərin, mədəniyyətin və əbədiyyətin poetik metaforası kimi təqdim olundu.
Tədbir İspaniya Krallığındakı Azərbaycan Respublikasının Səfirliyinin və Kataloniyada Azərbaycan diasporunu təmsil edən Barselonadakı Azərbaycan Evinin (Casa Azerbaiyán en Barcelona) dəstəyi ilə təşkil olunmuşdur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
Arif Babayevin qəbrinə yazılmış söz aranı qatdı – Gerçək BİLİNDİ - FOTO
-
Bakı iki gün ərzində incəsənət və yaradıcılıq mərkəzinə çevrildi - FOTO
XƏBƏR LENTİ
-
Bibərin yanında bu bitkiləri əkməyin
-
Pomidorun qabığını tez soymağın 3 asan üsulu
-
Dünyanın ən zəhərli canlısı bu İMİŞ - 5 dəqiqəyə ÖLDÜRÜR
-
Polkovnik vəfat etdi - FOTO
-
Kola qapağındakı kiçik dəliyin sirri açıldı
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur
-
"Kızılcık şerbeti"ndə ardıcıl vidalar - FOTO
-
Günün qoroskopu: bir qədər geri çəkilərək düşünmək istəyirsiniz
-
Çin “Boeing”dən 200 təyyarə sifariş edir
-
Təmsilçimiz “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib
-
"Xarıbülbül" festivalı xalqlarımızı birləşdirir - Özbəkistandan olan iştirakçı
-
Alleqri "Milan"dan ayrılmağı düşünür
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb
-
Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır
-
Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
PSJ rəhbərliyi "Real"ın ulduzu üçün rəsmi danışıqlara başlayıb - FOTO
-
Kiyevə zərbələr nəticəsində ölənlərin sayı artdı
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Qiymənin topalanma problemini həll etmək çox sadə imiş
-
Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir
-
Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Nazir Elvin Məmmədova vəzifə verdi





