Mədəniyyət

MEMİM Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsini həyata keçirəcək

4 Aprel 2025 15:43
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə cari ilin 8-12 aprel tarixlərində Gəncə şəhərində "Mədəniyyət rüzgarı" adı altında ustad dərsləri, elmi seminar, maarifləndirici infotur, təlimlər və s. tədbirlərin təşkilini planlaşdırır.

MEMİM-in uğurlu layihələrinin bu dəfə Gəncə şəhərində "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində keçirilməsi Gəncə və ətraf rayonların uşaq musiqi və incəsənət məktəblərinin şagird-müəllim kontingenti üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri, "Musiqidə milli ənənələrin təcəssümü" adlı elmi-praktiki seminar, "Sənətkarın dostu", "Nəsildən-nəslə teatr", "Mədəni irsini qoru" layihələrinin həmçinin kitabxana və muzey işçiləri üçün təlimlərin təşkili şəhərin mədəni mühitinə öz müsbət təsirini göstərəcəkdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.