Mədəniyyət

Gəncədə fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri təşkil olunub - FOTOlar

10 Aprel 2025 18:17
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər silsiləsi çərçivəsində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçirilib. 

Görkəmli Azərbaycan bəstəkarı, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş ustad dərslərinin keçirilməsində əsas məqsəd regionda yerləşən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün yenilənmiş tədris metodikasının tətbiqi, şagirdlə dərs zamanı diqqət edilməli əsas məqamlar, onların gələcək peşəkar inkişafları üçün göstərişlərin verilməsi və siniflərə uyğun, düzgün repertuar seçiminin təşkil olunmasından ibarətdir. 

Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində baş tutmuş ustad dərsləri Azərbaycan Respublikasının Əməkdar artisti, opera  ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədovanın iştirakı ilə gerçəkləşib.

Ustad dərslərində mütəxəssislər fortepiano və vokal tədrisinin metodikasındakı incəliklərin və pedaqogikanın əsas kateqoriyaları, pedaqoji proses, musiqi pedaqogikasının psixologiya ilə əlaqəsinin öyrədilməsi sahəsində  müasir tələblərə uyğun bilik və bacarıqları nəzəri və praktiki baxımından göstəriblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.