Şou-biznes

Tolikdən onu tənqid edən xanəndələrə: "Bizi aldadırlar"

10 Aprel 2025 20:39
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) bir müddət əvvəl sənətkarların reytinq verməməsi ilə bağlı fikirlərinə aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında açıqlama yayıb. O, xanəndələr tərəfindən tənqidlə qarşılanan fikirlərində haqlı olduğunu və günahı ölkədə reytinqləri müəyyən edən "Marsa" şirkətində görüb:

"Reytinq mövzusunda bir neçə verilişdə hörmət etdiyim xanəndələr danışıb. Bu sözü efirdə mən səsləndirmişəm. Söyləmişəm ki, tamaşaçı məni aldadır. Bəli onlar sosial şəbəkələrdə bizi aldadırlar. Yazırlar ki, bayağı ifaçıları efirə çağırmayın, bizə mədəniyyətimizə, incəsənətimizə xidmət edən sənətçilər lazımdır, zövqlü musiqi dinləmək istəyirik. Bizi ucuz mahnı dinləmək istəmirik. Biz də bunu təqdim edirik. Bəs onda niyə səviyyəli insanlar proqramımda qonaq olanda siz digər telekanallardakı müğənnilərə baxırsınız? O xanəndələrdən xahiş edirəm ki, bu məsələləri efirdə yox, Azərzəbaycanda fəaliyyət göstərən "Marsa" şirkətinə şikayət edin. Onlara deyin ki, niyə xalqımızı aldadırsınız? Niyə icazə vermirsiniz ki, xalq öz musiqisindən zövq alsın? Onların quraşdırdığı 950 cihazın qurbanıyıq. Onlar da kimin evindədir bilmirik. Bayağı müğənnilərlə dolu olan verilişlər 4-5 reytinq verir. Hələ o proqramlara çıxıb mənim haqqımda danışırsınız. O aparıcı guya bilmir? Niyə özünü ağıllı göstərir? Sizin reytinqiniz özünüzkü deyil. Səndən əvvəl yayımlanan proqramındır. Çünki ondan sonra başlayırsan. Mənim kimi əvvəlində bir veriliş olmasın, serialdan sonra 1 yarım, 2 bal yığ. Bilirsən ki, yığa bilməyəcəksən. 11 milyon əhali 950 cihazın qurbanına çevrilib. O cihazlar kimlərə görə həmin evlərdə quraşdırılıb?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.